Xətai rayonu General Şıxlinski küçəsində yerləşən bir qarajdan 6000 manat dəyərində avtomobil ehtiyat hissələri oğurlanıb.
Elchi.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər də oğurluğa görə məhkum olunmuş Kamran Vahabov və Elnur Əsgərov müəyyən olunaraq saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.
Şəkidə ağır qəza: ölən var
Şəkidə noyabrın 7-də saat 11 radələrində Arif Səlimov idarə etdiyi VAZ-2107 markalı avtomobillə yolun kənarındakı 58 yaşlı İlqar Musayevi vurub....





















Son şərhlər