Kaya Kallas Əliyevin onu əfv etməsini alqışladı

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas Azərbaycan Prezidenti İlham Əliyevin Fransa vətəndaşını əfv etməsini alqışlayıb.
Elchi.az Report-a istinadən xəbər verir ki, o, bu barədə X hesabında yazıb.
"Evə xoş gəldin, Teo Klerk. Onun Azərbaycandan azad edilməsi sakit diplomatiyanın və hörmətlə yanaşmanın nəyə nail ola biləcəyini göstərir", - siyasətçi qeyd edib.