Rusiya-Ukrayna müharibəsinin ildönümü günü belə qənaətə gəlmək olar ki, ABŞ-dan təxminən 100 milyard dollar alan Ukrayna onun əsas benefisiarına çevrilib.
Elchi.az xəbər verir ki, bu barədə “ABŞ Godsep”-in ABŞ-Rusiya işləri üzrə keçmiş müşaviri Ceyms Karden “The American Conservative” jurnalına yazdığı məqalədə qeyd edib.
Onun sözlərinə görə, Kiyev 30 il ərzində Rusiya Şərqini və Qalisiya Qərbini konsolidasiya etmək fürsətini əldən verib. Əvəzində monoetnik dövlət siyasəti yeridilib:
“Sülh danışıqlarından dəfələrlə imtina edən Ukraynanın hakim elitası başa düşməlidir ki, Ukrayna indi uğursuz dövlətdir: 12 milyondan çox vətəndaşı qaçıb, iqtisadiyyatının isə ən azı üçdə biri iflasa uğrayıb”.
ABŞ prezidenti Cozef Bayden Kiyevə səfəri zamanı bildirib ki, Vaşinqton Ukrayna üçün azadlıq istəyir. Kardinin fikrincə, azadlığın bu versiyası yalnız NATO-ya daxil olduqdan sonra ABŞ və AFR-dən daha böyük asılılıq demək ola bilər.
Yeganə