Kanadada epidemiya yayılıb, ölənlər var

Kanadanın səkkiz regionunda epidemiya nəticəsində 6 nəfər ölüb, daha 153 nəfər salmonellyoz xəstəliyinə tutulub.
Elchi.az xəbər verir ki, bu barədə Kanada Səhiyyə Nazirliyinin saytında dərc olunan məlumatda deyilir.
Xəstəliyin mənbəyi “Malichita” və “Rudy” tərəfindən tədararük edilənlər olub. Qovunlar oktyabrın sonu və noyabrın əvvəllərində Alberta, Britaniya Kolumbiyası, Kvebek, Yeni Şotlandiya, Nyu-Brunsvik, Nyufaundlend və Labrador, Ontario və Şahzadə Edvard Adasında ərzaq mağazalarında satılıb.
Qeyd olunur ki, bu şirkətlərin meyvələri artıq Kanadanın bütün bölgələrində satışdan yığışdırılıb.
Havar Şəfiyeva