Kanada Rusiyadan alüminium və polad idxalına qadağa qoyub

63

Kanada Ukrayna ilə müharibədə Rusiyada rejim dəyişikliyini təşviq etmək məqsədi daşıyan sanksiyalar çərçivəsində Rusiyadan polad və alüminium məhsullarının idxalını qadağan edib.

Elchi.az xəbər verir ki, Kanadanın xarici işlər naziri Melani Coli keçirdiyi mətbuat konfransında Rusiyaya qarşı sanksiyalar ideyasının ilk dəfə olaraq Rusiya prezidenti Vladimir Putinin administrasiyasına son qoymağı hədəflədiyini bildirib və Moskvaya qarşı təcridin iqtisadi, siyasi və diplomatik xarakter daşımalı olduğunu bildirib.

Alüminium və polad məhsulları əhatə edən qadağanın məqsədinin Rusiyanın Ukraynaya hücum qabiliyyətini zəiflətmək olduğunu vurğulayan Coli, Putin administrasiyasının məsuliyyətə cəlb olunmasını istədiklərini dilə gətirib.

“Biz Putinin Ukraynaya qanunsuz və vəhşicəsinə işğalını maliyyələşdirmək üçün istifadə etdiyi gəliri azaltmaq və ya məhdudlaşdırmaq üçün əlimizdən gələni edirik”, – deyə xarici işlər naziri bildirib.

Yeganə