Kanada hökuməti Fələstin dövlətçiliyinin tanınması məsələsini araşdırır.
Elchi.az bu barədə “CBC”-yə istinadən xəbər verir.
Onun sözlərinə görə, Kanadanın baş naziri Mark Karni çərşənbə günü bu mövzuda görüş keçirəcək. Hazırda heç bir qərar verilməyib.
Telekanalın qeyd etdiyi kimi, Fələstin məsələsi Böyük Britaniyanın baş naziri Keir Starmerin çərşənbə axşamı günü İsrailin Qəzza zolağına humanitar yardımların çatdırılmasına mane olmağa və anklavda hərbi əməliyyat keçirməyə davam edərsə, Londonun BMT Baş Assambleyasının sentyabrda keçiriləcək sessiyasından əvvəl Fələstin dövlətini tanıyacağını deməsindən sonra gündəmə gətiriləcək.
CBC-nin məlumatına görə, Karni elə həmin gün Starmerlə telefon danışığı aparıb və söhbət zamanı Qəzzadakı vəziyyət müzakirə olunub.
Əvvəllər Kanada hakimiyyəti dəfələrlə bəyan edib ki, Qəzza zolağında münaqişə yalnız Fələstin Dövlətinin tanınması ilə iki dövlət arasında dinc yanaşı yaşama əsasında həll edilə bilər.
Yeganə


















