"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home HADİSƏ

Kamran Əsədov məhkəmə zalında həbs olunub

23 Yanvar 2026 - 18:25
in HADİSƏ
FacebookVatsap

Buraxılış və qəbul imtahanlarına qanunsuz texniki vasitə keçirilməsi ilə bağlı cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bunu da oxuyun

Suraxanıda 14 kiloqrama yaxın narkotik vasitə aşkarlandı

Baş prokuror Şamaxıda vətəndaşları qəbul edəcək

Yeni tədris ili ərəfəsində məktəblərin ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib – BİRGƏ MƏLUMAT

Elchi.az xəbər verir ki, bu gün Gəncə Şəhər Məhkəməsində hakim Elçin Məmmədovun sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib.

İş üzrə şahid qismində tanınan Ramin Abdullayev ifadəsində bildirib ki, Əfsanə adlı müəllimin vasitəsilə Gündüz Abbasovu tanıyıb: “Əfsanə müəllim övladımın təhsildə zəif olduğunu bilirdi. Mənə Gündüzün nömrəsini verərək dedi ki, belə adam var, imtahandan keçməyə kömək edəcək. Gündüzlə görüşdüm. O, mənə övladımın imtahandan keçməsinə kömək edəcəyini söylədiyi balaca bir şey, yəni qulaqlıq göstərdi. Mən də razılaşdım. Əvvəlcə 18 min manat istədilər. Onlara 9 min ödədim. Övladım Gəncədə verdiyi imtahandan kəsildi. Hələ də pulu geri almamışam”.

Prosesdə çıxış edən DİM-in nümayəndəsi bildirib ki, bu vasitələr ilk dəfə Azərbaycan Dövlət Aqrar Universitetində imtahan verən iki abituriyentdən tutulub. İşin üstü isə bundan sonra açılıb.

Digər şahid, imtahanlarda iştirak edən abituriyent Fərid Abdullayev ifadəsində deyib ki, Gündüz Abbasovu hazırlıq keçən müəllim kimi tanıyıb: “Gündüz Abbasovun imtahanda mənə kömək edəcəsyini atama dedim. Daha sonra biz Gündüz Abbasova müraciət etdik. İmtahana girməzdən öncə qulaqlıq taxmalı idim”.

İş üzrə şahid qismində tanınan Ruslan Çobanov məhkəmədə təqsirləndirilən şəxsləri tanımadığnı bildirib: “Mənə Anar adlı tanışım zəng etdi. İmtahanda qızına köməklik istədi. Mən də Gəncədən olan Namiq adlı tələbə yoldaşıma vəziyyəti dedim. Namiq məni Gündüzlə əlaqələndirdi. Bu iş üçün mənə 125 min dollar pulun lazım olduğunu dedilər. Mən bu məbləği valideynə dedim və o razılaşdı, məbləği mənə verdi. Mən həmin məbləğdən 77 min manatı onlara verdim və qalan pulu özümdə saxladım. İşin üstü açıldıqdan sonra bütün məbləğ qarşı tərəfə ödənilib”.

Daha sonra məhkəmədə iş üzrə təqsirləndirilən Kamran Əsədovun köməkçisi, qohumu Bəhman Hüseynli ifadə verib. O bildiriib ki, təqsirləndirilən Gündüz Abbasov Kamran Əsədovun tələbə yoldaşıdır: “Gültən adlı valideyn bizim yanımza gəldi. Kamran müəllimdən xahiş etdi ki, oğlunun imtahandan keçməsi üçün ona köməklik etsin. Kamran müəllim ona dedi ki, bununla məşğul olan insanlar var. Kamran müəllim Gültən xanımı Gündüz Abbasovun yanına göndərdi. Bir dəfə də Gündüz bizim otağa qulaqlıqlar gətirdi. Gündüz Abbasov orada məşqlər edirdi. Sonra Gündüz tutuldu. Kamran müəllim də mənə otaqda olan qulaqlıqları istintaqa aparmağımı tapşırdı. Mən tapşırığı yerinə yetirdim”.

Prosesə sədrlik edən hakim deyib ki, Naftalan şəhər Polis Şöbəsinə müraciət edən Mehman Cəfərov adlı şəxs də eyni hallarla bağlı Kamran Əsədov və Gündüz Abbasovdan şikayətçi olub.

Hakim, qarşıdan gələn imtahanlarda da eyni halın baş verə biləcəyini deyib.

Dövlət ittihamçısı isə Kamran Əsədovun barəsində olan polis nəzarəti altında olma qətimkan tədbirinin tələblərini pozduğunu, ona görə də onun barəsində həbs qərarı çıxarılmasını istəyib.

Bundan sonra məhkəmə müşavirəyə gedib.

Müşavirədən qayıdan məhkəmə heyəti təqsirləndirilən Kamran Əsədovun barəsində məhkəmə müddətində həbs qətimkan tədbirinin seçilməsi barədə qərar qəbul edib. O, məhkəmə zalında həbs edilib və istintaq təcridxanasına göndərilib.

Proses fevralın 12-də davam etdirələcək.

Qeyd edək ki, Baş Prokurorluğun Mətbuat xidmətinin yaydığı məlumatda bildirilib ki, ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak etmiş şəxslərə imtahan qaydalarına zidd olaraq köməklik göstərilməsinə dair Dövlət İmtahan Mərkəzindən Dövlət Təhlükəsizliyi Xidmətinə daxil olmuş məlumatlar əsasında başlanmış cinayət işinin ibtidai istintaqı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində davam etdirilib.

İbtidai istintaqla fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Abbasov Gündüz Yaşar oğlunun təşkil etdiyi hazırlıq kursunun abituriyent və şagirdlərinə ali məktəblərə qəbul və buraxılış imtahanlarının gedişində testləri cavablandırmağa kömək etmək məqsədilə gizli qaydada informasiya alınması üçün nəzərdə tutulan texniki vasitələri qanunsuz olaraq hazırlamasına, habelə Əsədov Kamran Alim oğlu ilə cinayət əlaqəsinə girməklə 3 nəfər və şəxsən 8 nəfər olmaqla, ümumilikdə 11 nəfərin üzərinə həmin texniki vasitələri quraşdırmaqla onlara köməklik göstərmələrinə əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa, Sumqayıt şəhəri ərazisində Hüseynov Sənan Rasim oğlunun xüsusi icazə almadan müvafiq normativ-hüquqi aktların tələblərinə zidd olaraq, gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş və mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən 31 ədəd texniki vasitənin satışını həyata keçirməsinə əsaslı şübhələr müəyyən olunub.

Toplanmış sübutlara əsasən, Gündüz Abbasova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 302.3 (gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələri qanunsuz olaraq satma və satış məqsədilə əldə etmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), Kamran Əsədova həmin Məcəllənin 302.3 və 32.5, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmədə köməkçilik), Sənan Hüseynova isə həmin Məcəllənin 302.3-cü maddələri ilə ittiham elan edilib, Gündüz Abbasov barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs, digər şəxslərin barəsində isə istintaq orqanının qərarı ilə həbslə bağlı olmayan qətimkan tədbirləri seçilib.

Cinayət işləri üzrə ibtidai istintaq tamamlanmaqla baxılması üçün aidiyyəti üzrə məhkəmələrə göndərilib.

Qeyd edilib ki, Kamran Əsədov əvvəllər də Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4 və 310-cu maddələri ilə cinayət məsuliyyətinə olunaraq məhkəməyə verilib və məhkəmənin 18.02.2015-ci il tarixli hökmü ilə cərimə (əlavə) və qazancının 15%-i dövlət nəfinə tutulmaqla 2 il müddətinə islah işləri (əsas) cəzasına məhkum edilib.

Previous Post

Milli Məclis və İspaniya Krallığı Deputatlar Konqresinin sədrlərinin görüşü olub

Next Post

“Zayed İnsan Qardaşlığı Mükafatı”nın rəsmi “X” səhifəsində Prezident İlham Əliyevlə bağlı paylaşım edilib – VİDEO

Bənzər yazılar

Suraxanıda 14 kiloqrama yaxın narkotik vasitə aşkarlandı

Suraxanıda 14 kiloqrama yaxın narkotik vasitə aşkarlandı

07 Sentyabr 2026 - 12:29

Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib. Bu barədə Elchi.az-a Daxili...

Baş prokuror Şamaxıda vətəndaşları qəbul edəcək

Baş prokuror Şamaxıda vətəndaşları qəbul edəcək

07 Sentyabr 2026 - 11:36

Baş prokuror Kamran Əliyev Şamaxıda vətəndaşları qəbul edəcək. Bu barədə Elchi.az-a Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, Baş prokuror Kamran...

Yeni tədris ili ərəfəsində məktəblərin ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib – BİRGƏ MƏLUMAT

Yeni tədris ili ərəfəsində məktəblərin ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib – BİRGƏ MƏLUMAT

07 Sentyabr 2026 - 09:57

Yeni tədris ili ərəfəsində məktəblərin ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir. Elchi.az xəbər verir ki, bununla bağlı DİN-in Baş Dövlət Yol Polisi...

Ötən gün qanunsuz saxlanılan qumbaraatan və digər silahlar aşkarlanıb

Ötən gün qanunsuz saxlanılan qumbaraatan və digər silahlar aşkarlanıb

05 Sentyabr 2026 - 14:16

Sentyabrın 4-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 1 tapança, 1 qumbaraatan, 1 qumbara, 6 tüfəng,...

Next Post
“Zayed İnsan Qardaşlığı Mükafatı”nın rəsmi “X” səhifəsində Prezident İlham Əliyevlə bağlı paylaşım edilib – VİDEO

“Zayed İnsan Qardaşlığı Mükafatı”nın rəsmi "X" səhifəsində Prezident İlham Əliyevlə bağlı paylaşım edilib - VİDEO

Doktoranturada təhsil alanların xarici dillər üzrə imtahanı keçiriləcək

DİM-dən taksi sürücülərinin imtahanı ilə bağlı məlumat

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Qarabağda var-dövlət qazanan “generallar” həbs ediləcək

Qarabağda var-dövlət qazanan “generallar” həbs ediləcək

07 Sentyabr 2026 - 15:16
“Azərbaycanla çox sıx münasibətlərimiz var” – Kobaxidze

“Azərbaycanla çox sıx münasibətlərimiz var” – Kobaxidze

07 Sentyabr 2026 - 15:08
“Ay bizimdir!” – Trampdan kosmosu silkələyən bəyanat

“Ay bizimdir!” – Trampdan kosmosu silkələyən bəyanat

07 Sentyabr 2026 - 15:00
Qanunsuz işdən çıxarılan 65 nəfər işinə bərpa olunub

Qanunsuz işdən çıxarılan 65 nəfər işinə bərpa olunub

07 Sentyabr 2026 - 14:53
AMB-nin valyuta ehtiyatları rekord həcmə çatıb

AMB-nin valyuta ehtiyatları rekord həcmə çatıb

07 Sentyabr 2026 - 14:44
Prezident İpoteka Fondunun sədrini dəyişdi – SƏRƏNCAM

Prezident İpoteka Fondunun sədrini dəyişdi – SƏRƏNCAM

07 Sentyabr 2026 - 14:30
Azərbaycanda bu il 54 nəfər suda boğulub – RƏSMİ

Azərbaycanda bu il 54 nəfər suda boğulub – RƏSMİ

07 Sentyabr 2026 - 14:14
Əziz Səncər “Şöhrət” ordeni ilə təltif edilib – SƏRƏNCAM

Əziz Səncər “Şöhrət” ordeni ilə təltif edilib – SƏRƏNCAM

07 Sentyabr 2026 - 14:07
Yaponiya valyutası kəskin şəkildə bahalaşdı

Yaponiya valyutası kəskin şəkildə bahalaşdı

07 Sentyabr 2026 - 14:00
“Qarabağ” atı saxlayanlara 1000 manat veriləcək

“Qarabağ” atı saxlayanlara 1000 manat veriləcək

07 Sentyabr 2026 - 13:51
“Qarabağ” Koxalskini 500 min avroya satdı

“Qarabağ” Koxalskini 500 min avroya satdı

07 Sentyabr 2026 - 13:43
Sentyabrda 8 gün iş olmayacaq

Sentyabrda 8 gün iş olmayacaq

07 Sentyabr 2026 - 13:30
Vladimir Putin Azərbaycan Prezidentinə zəng edib

Vladimir Putin Azərbaycan Prezidentinə zəng edib

07 Sentyabr 2026 - 13:18
Tramp bu ştatının adının dəyişdirilməsini təklif etdi

Tramp bu ştatının adının dəyişdirilməsini təklif etdi

07 Sentyabr 2026 - 13:00
ƏHD Partiyası hökumətə çağırış edib

ƏHD Partiyası hökumətə çağırış edib

07 Sentyabr 2026 - 12:52
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.