“Kalaşnikov” satmaq istəyən şəxs saxlanıldı – “Novruz bayramında istifadə etmişəm”

181
SHARES
317
VIEWS

>

Paytaxtda Nizami Rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsinə Yardımlı rayon sakini Cəlal Vəliyevin odlu silah-sursat satmaq istəməsi barədə əməliyyat məlumatı daxil olub.

Bunu da oxuyun

ARB TV xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Vəliyev metronun Qara Qarayev stansiyasının yaxınlığında 1 ədəd nömrəsi silinmiş tapança, 1 ədəd “Kalaşnikov” markalı avtomat silah və 13 ədəd avtomat patronunu 2500 manata satmaq istəyən zaman saxlanılıb.

Polis İdarəsinə gətirilən Cəlal Vəliyev odlu silah-sursatın ona aid olduğunu, onları bir neçə ildir ki, Yardımlı rayonunda yaşadığı evin həyətyanı sahəsində gizlətdiyini, hətta avtomatdan dəfələrlə istifadə etdiyini də etiraf edib.

Cəlal Vəliyev – Saxlanılan şəxs: “Pulu götürüb, silahı verəcəkdim. O zaman polis tərəfindən tutuldum. Novruz bayramında gecə istifadə etmişəm”.

Faktla bağlı cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Elchi.az

Bənzər yazılar

Bakıda bu yol bağlanır

Bakıda bu yol bağlanır

Bakının Buzovna qəsəbəsində hərəkət qismən məhdudlaşdırılacaq. Elchi.az  xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb. Məlumata...

Next Post

Son xəbərlər