"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home İQTİSADİYYAT

Kağız pulların sonu yaxınlaşır — Bitkoin Azərbaycanda da tətbiq oluna bilərmi?

26 İyul 2017 - 13:24
in İQTİSADİYYAT
FacebookVatsap

Dünya artıq yeni mərhələyə qədəm qoyur.

Rəqəmsal texnologiyalar günümüzün ayrılmaz elementinə çevrilib. Bir vaxtlar xəyalımızda belə təsəvvür edə bilmədiyimiz avandanlıqlar bu gün hər birimiz üçün adi əlaqə və yaxud elementar məişət əşyasıdır. Məsələn, 30 il əvvəl kimin ağılına gələrdi ki, dünyanın bir ucundan, o biri ucuna telefon xətti olmadan zəng vura biləcək, əlaqə qurduğu adamla videokörpü yaradacaq? Baxın, bu gün Bakıda oturub Afrikanın istənilən ölkəsi ilə əlaqə yarada bilirik, səsimiz az qala işıq sürəti ilə bir qitədən, digər qitəyə ötürülür. Belə bir fantastik sıçrayış əldə etmiş dünya texnologiyası təbii ki, nəhayətdə ödəniş müxanizmlərini də əhatə etməli idi. Budur, həyatımıza yeni ödəniş vasitəsi qədəm qoyur – kriptovalyuta. Yəni artıq pullarımız da elektoronlaşır. Şübhə yoxdur ki, cəmi bir neçə ildən sonra nə cibimizdə, nə evimizdə, nə də əlimizdə kağız və dəmir pullar qalmayacaq. «Həyatımızı» bütünlüklə smarfona köçürməli olacağıq. Çünki cüzdanımız da elektronlaşacaq və cibimizdə yox, telefonumuzda olacaq. Elə telefon vasitəsilə də istədiyimizi alacaq, istdədiyimizi satacaq və istənilən maliyyə əməlliyatını asanlıqla reallaşdıracağıq.

Bunu da oxuyun

Azərbaycan-Almaniya iqtisadi əməkdaşlığının inkişafı müzakirə edilib

Ölkə ərazisində 117 minə yaxın yeni nəsil kassa aparatı quraşdırılıb

Azərbaycanın pərakəndə ticarət dövriyyəsi 4 %-ə yaxın artıb

Bu gün dünyada bir neçə elektorn valyuta forması müvcuddur. Bunlardan bir və deyərdik ki, ən populyarı bitkoindir(Bitcoin). Hazırda dünyanın əksər ölkələrində Bitkoini əsas ödəniş vasitəsinə çevirmək üçün hazırlıq prosesi gedir. Yaponiya bu valyutanı artıq tətbiq etməyə başlayıb. Avropanın bir neçə ölkəsində Bitkoin banklar yaradılır. «Qaçacaq» yerimiz, rəqəmsal dünyanın tərkib hissəsinə çevrilməkdən başqa yolumuz yoxdur. Amma nədənsə, Azərbaycanda yeni sistemin tətbiqinə, elektoron valyutaya keçidə hələlik o qədər də maraq göstərilmir. Müşahidələrimiz göstərir ki, kriptovalyutanın götürdüyü sürət bizim də tempi artırmağımızı zəruri edir. Sabah, biri gün dünyanın aparıcı dövlətləri tamamilə kriptovalyutaya keçəndən sonra dünyanın elektoron maliyyə sistemi ilə bağlantı qurmaqda çətinlik çəkəcəyik. Ən azı indidən pilot layihələr işləmək olar…

Qeyd: Kriptovalyuta – virtaul (rəqəmsal) valyutanın bir növü olmaqla bərarbər elektron ödəniş şəbəkəsidir. İnternet şəbəkəsinin qlobal xarater daşıdığı bir dövrdə kriptovalyuta maliyyə sistemində innovativ bir yenilikdi və ödəniş vasitəsi kimi yaxın gələcəkdə ən ideal valyuta olacağı qaçılmazdır. Hətta hesab edirəm ki, kriptovalyutaya internetin qızılı da demək mümkündür.

Bitkoin – ilk rəqəmsal valyuta. 2008-ciil oktyabr ayında Satoşi Nakamuto ləqəbli bir şəxs internetdə şəbəkənin iş prinsipi və protokolun təsvirini əks etdirən “Bitkoin P2P e-cash paper” adlı fayl paylaşır və artıq 2009-cu ilin yanvar ayında ilk bitkoin yaradılır.

Bitkoinin ilk istifadəçiləri isə İT proqramçılar oldu və yarandığı ilk illərdə elə də populyarlıq qazanmadı. 2013-cü ilin yanvar ayında bir bitkoinin dəyəri 13.4 ABŞ dolları oldugu halda həmin ilin noyabr ayında bitkoin dəyəri 1.000 ABŞ dollarına qalxdı. Bunun əsas səbəbləri bitkoinə olan tələbin artması, amerikan brauzer oyunlar şəbəkəsi Zynga-nın bitkoini dəstəkləməsi, həmçinin Kiprdəki universitetlərin birinin tələbələrin illlik ödəniş haqqının bitkoinlərlə ödənilməsi imkanı yaratması oldu. Hazırda Bitkoinin kursu daha da artaraq 2.500 dolara çatıb.

Bəs Azərbaycanda bu ödəniş vasitəsinin tətbiqinə maraq göstərilməməsinin səbəbi nədir?

İqtisadçı Rəşad Həsənov hesab edir ki, bu ödəniş sisteminin tətbiq olunması üçün ilk növbədə cəmiyyətdən hökumətə təklif getməlidir. «Yəni ki, ilk növbədə bitkoinin ödəniş vasitəsi kimi bazarı yaranmalıdır. Həmçinin Azərbaycan əhalisi arasında kriptovalyutanın tətbiqi barədə informasiya çox aşağıdır. Bunun üçün təbliğat işi aparılmalıdır. İnvestorlar və digər fərdi şəxslər tərəfindən bu ödəniş vasitəsinə tələb yarandıqda, artıq hökumətdə hərəkətə keçər və sistemin tətbiqi üçün işlər görməyə başlayar. Əsas məsələlərdən biri bitkoinin ödəniş vasitəsi kimi hüquqi bazasının yaradılmasıdır. Bunun üçün isə əvvəlcə bazar formalaşmalıdır».

İqtisadçının sözlərinə görə, Azərbaycanda bitkoinlərin ödəniş vasitəsi kimi tətbiq olunması növbəti mərhələlərdə mümkün olacaq: “Dünyada bu virtual ödəniş vasitəsi sürətlə genişlənməkdədir. Artıq bir çox ölkələr bitkoinlərin tədavülünə icazə verirlər. Bitkoinlərin dəyəri qısa müddət ərzində 100 dəfərlərlə artıb. Bir çox ölkələr artıq bu ödəniş vasitəsinin hüquqi bazasını yaradır. Məsələn, artıq Yaponiyada bitkoinlər rəsmi ödəniş vasitəsi kimi qəbul olunub. Həmçinin ABŞ-da bu ödəniş vasitəsinə keçidlə bağlı müzakirələr aparılır. Sürətlə qloballaşan dünyada bu sistemin Azərbaycana qısa müddət ərzində tətbiq edilməsi üçün təbliğat işi genişləndirilməlidir. Azərbaycanlılar nəğd pulla ödəniş etməyə daha maraqlıdırlar. Ona görə də, bu sistemin kütləviləşməsi üçün böyük iş görülməlidir. Təbliğat aparmaqla bitkoinləri insanlar üçün ehtibarlı ödəniş vasitəsinə çevirmək mümkün olar. Bitkoinlər barədə informasiyanın aşağı olmasına baxmayaraq, Azərbaycanda da bu ödəniş vasitəsini əldə edən və internet üzərində əməliyyat aparan şəxslər var».

“Ölkə.Az” musavat.com-a istinadən xəbər verir ki, kriptovalyutanın tətbiqinin qaçılmaz olacağına dair fikirlər bank mütəxəssisi tətrəfindən də səsləndirilib. Bir müddət əvvəl mətbuatda müsahibəsi yayımlanan Azərbaycan Beynəlxalq Bankının Gəncə filialının müdiri Sabit Fətizadə demək olar ki, ilk dəfə bu məsələnin detallarına toxunub və prosesin mahiyyətini geniş şəkildə izah edib. Təkcə bu fakt deməyə əsas verir ki, artıq maliyyə sahəsinin mütəxəssisləri də prosesə ciddi yanaşırlar. Sabit Fətizadə hətta milli elektron pulun da yarana bilcəyini demişdi. Həmin müasahibədən sitat: «Əslində pulların elektronlaşması prosesinin geri dönüşü yoxdur. Qarşıdakı illərdə biz dünya ölkələrinin ardıcıllıqla bu prosesə qoşulduğunun şahidi olacağıq. Mən inanıram ki, Azərbaycan bu sahədə də MDB ölkələri sırasında lokomotiv rolunu oynamaqla daha bir nümunə yarada bilər. Əminəm, vaxt gələcək, Azərbaycanın özünün, məsələn, AZkoin adlı elektron valyutası olacaq. Hazır məhsuldur, hesabına yüklə və ürəyin istədiyi əməliyyatı gerçəkləşdir. Hər şey sadəcə smartfonda bir əməliyyat edəcək qədər sadədir. Hətta “Messenger”lərlə də (Tencent QQ, WeChat) pul köçürməsi bu gün bəzi dövlətlərdə artıq realdır. Bu, nağdsız hesablaşmaların bir növüdür, IT valyutadır. Dünyada hər şey elektronlaşır və bu proses əvvəl-axır ənənəvi ödəniş vasitələrini də əhatə etməlidir. İndi biz həmin mərhələdəyik. Koinlər vasitəsilə biz ən adi ödənişlərimizi də edə biləcəyik. Hansısa bank kartına da ehtiyac qalmayacaq. Koinlərin tətbiqindən sonra bu məsələ də ortadan qalxacaq”.

Previous Post

Kağız pulların sonu yaxınlaşır — Bitkoin Azərbaycanda da tətbiq oluna bilərmi?

Next Post

Jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlərin nəzərinə

Bənzər yazılar

Azərbaycan-Almaniya iqtisadi əməkdaşlığının inkişafı müzakirə edilib

Azərbaycan-Almaniya iqtisadi əməkdaşlığının inkişafı müzakirə edilib

09 Oktyabr 2026 - 17:17

İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Almaniya Federal İqtisadiyyat və Energetika Nazirliyinin Ukrayna, Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya üzrə Xarici...

Ölkə ərazisində 117 minə yaxın yeni nəsil kassa aparatı quraşdırılıb

Ölkə ərazisində 117 minə yaxın yeni nəsil kassa aparatı quraşdırılıb

09 Oktyabr 2026 - 16:45

İndiyədək Azərbaycanda 116.908 ədəd yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) quraşdırılıb. Bu barədə Elchi.az-a Dövlət Vergi Xidmətindən məlumat verilib. Bildirilib ki,...

Azərbaycanın pərakəndə ticarət dövriyyəsi 4 %-ə yaxın artıb

Azərbaycanın pərakəndə ticarət dövriyyəsi 4 %-ə yaxın artıb

09 Oktyabr 2026 - 14:53

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılara 50 milyard 774,7 milyon manatlıq mal satılıb. Elchi.az bu barədə Dövlət...

Azərbaycanda əhalinin gəlirləri artıb

Azərbaycanda əhalinin gəlirləri artıb

09 Oktyabr 2026 - 13:30

2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanda əhalinin nominal gəlirləri 63 milyard 511,3 milyon manat təşkil edib. Elchi.az Dövlət Statistika Komitəsinə istinadən...

Next Post

Jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlərin nəzərinə

Jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlərin nəzərinə

Son xəbərlər

Vens ABŞ-nin Yunanıstandakı səfiri ilə bağlı çağırış edib

Vens ABŞ-nin Yunanıstandakı səfiri ilə bağlı çağırış edib

09 Oktyabr 2026 - 23:48
Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

09 Oktyabr 2026 - 23:20
Siciliyanın qərbində nadir ikili tornado müşahidə olunub

Siciliyanın qərbində nadir ikili tornado müşahidə olunub

09 Oktyabr 2026 - 23:11
Avropa İttifaqı Azərbaycanın Ukraynaya humanitar yardımını yüksək qiymətləndirib

Avropa İttifaqı Azərbaycanın Ukraynaya humanitar yardımını yüksək qiymətləndirib

09 Oktyabr 2026 - 23:07
İran Hörmüz boğazından kənarda tankerlərə hücumları genişləndirib

İran Hörmüz boğazından kənarda tankerlərə hücumları genişləndirib

09 Oktyabr 2026 - 23:01
Hakan Fidan HƏMAS nümayəndə heyəti ilə görüşüb

Hakan Fidan HƏMAS nümayəndə heyəti ilə görüşüb

09 Oktyabr 2026 - 22:59
“Yaxşı olardı ki, İran və Türkiyə MDB-yə tam hüquqlu üzv olsun”-Qüdrət Həsənquliyev

“Yaxşı olardı ki, İran və Türkiyə MDB-yə tam hüquqlu üzv olsun” – Qüdrət Həsənquliyev

09 Oktyabr 2026 - 21:28
Netanyahu Tramp administrasiyasının BCM-ə qarşı sanksiyalar tətbiq etmək qərarını dəstəkləyib

Netanyahu Tramp administrasiyasının BCM-ə qarşı sanksiyalar tətbiq etmək qərarını dəstəkləyib

09 Oktyabr 2026 - 20:26
ABŞ Prezidenti dizel yanacağının qiymətlərinin kəskin şəkildə aşağı düşəcəyini bəyan edib

ABŞ Prezidenti dizel yanacağının qiymətlərinin kəskin şəkildə aşağı düşəcəyini bəyan edib

09 Oktyabr 2026 - 20:22
Çində mədənlərdə baş vermiş ağır qəzalarla əlaqədar 41 nəfər azadlıqdan məhrum edilib

Çində mədənlərdə baş vermiş ağır qəzalarla əlaqədar 41 nəfər azadlıqdan məhrum edilib

09 Oktyabr 2026 - 20:20
Ukraynanın 4 vətəndaşı Vyanada casusluq şübhəsi ilə saxlanılıb

Ukraynanın 4 vətəndaşı Vyanada casusluq şübhəsi ilə saxlanılıb

09 Oktyabr 2026 - 20:17
Bakı-Moskva-Bakı aviareysləri müvəqqəti dayandırılıb

Bakı-Moskva-Bakı aviareysləri müvəqqəti dayandırılıb

09 Oktyabr 2026 - 20:13
Azərbaycanda 9 ayda doğulan uşaqların sayı açıqlandı

Azərbaycanda 9 ayda doğulan uşaqların sayı açıqlandı

09 Oktyabr 2026 - 19:26
Dünyanın ən bahalı 10 futbolçusu açıqlandı

Dünyanın ən bahalı 10 futbolçusu açıqlandı

09 Oktyabr 2026 - 19:12
11 uşaqda allergiya: TƏBİB araşdırmalara başladı

11 uşaqda allergiya: TƏBİB araşdırmalara başladı

09 Oktyabr 2026 - 19:04
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.