Çeçenistan rəhbəri Ramzan Kadırov xüsusi hərbi əməliyyat zamanı Çeçenistan Respublikasından olan komandirlərin həlak olması ilə bağlı xəbərləri etibarsız adlandırıb.
Elchi.az TASS-a istinadən bildirir ki, o, bu barədə “Telegram” kanalında məlumat verib.
“Son günlər Çeçenistan Respublikasından olan bu və ya digər komandirin xüsusi hərbi əməliyyat zonasında guya həlak olması ilə bağlı xəbərlər yayılır. Cəsur komandirlərimizin səhhəti mükəmməldir, əhval-ruhiyyə əladır”, – deyə Kadırov qeyd edib.
Kadırov bildirib ki, Dövlət Dumasının deputatı Adam Delimxanov Çeçenistan Respublikasından olan bölmələrin yerləşdiyi yerə baş çəkib. O, bildirib ki, “Axmat”ın çeçen bölmələri və onların yerinə yetirdiyi tapşırıqların keyfiyyəti müsbət cavab verib.
Yeganə