ABŞ-ın Nevada ştatında hər il keçirilən “Burning Man” musiqi festivalının keçirildiyi ərazi leysan yağışdan sonra bataqlığa çevrilib və minlərlə insan bölgədə qapalı qalıb. Təşkilatçılar yağışlı hava səngidikdən sonra festival iştirakçılarına ayrılmağa icazə veriblər.
Elchi.az xəbər verir ki, Təşkilat rəsmiləri ötən gün verdikləri açıqlamada Qara Yol şəhərinin giriş-çıxış məntəqələrindəki bütün yolların bağlı olduğunu və uçuşların həyata keçirilmədiyini bildirərək, iştirakçılara olduqları yerdə qalmağı, yeməklərini saxlamağı tövsiyə ediblər.
Lakin dünəndən etibarən yağışlar səngiməyə başladığı üçün festival iştirakçılarına ayrılmağa icazə verilib.
Yaranan quyruğa havadan baxılıb.
Hər il 70 mindən çox insanın qatıldığı 9 gün davam edəcək festival çərçivəsində ziyarətçilər səhranın ortasında qurulan müvəqqəti şəhərdə bütün ehtiyaclarını qarşılayır.
Şayəstə Hüseynova