Xəbər verdiyimiz kimi, ötən gecə saatlarında Bakının Binəqədi rayonunda yerləşən “EuroHome” tikinti materialları bazarında yanğın baş verib.
Elçhi.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov da gəlib.
Nazir yanğın zamanı yanğınsöndürən şlanqlarının cırıq olması ilə bağlı səsləndirilən iddialara da münasibət bildirib.
“Yaxşı olardı ki, bu sualları verməmişdən öncə yanğınsöndürənlərin işinə baxasınız. Baxın görün bu alovun içində şlanqların üzərinə nələr tökülür. O şlanqlar cırıla bilməz. Bir az ağılla fikirləşin”, – deyə nazir məsələyə münasibət bildirib.
FHN-in kollektivi Zəfər parkını ziyarət edib
Sentyabrın 27-də Anım Günü münasibətilə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov və nazirliyin kollektivi Bakıda Zəfər parkını ziyarət ediblər. FHN-dən...





















Son şərhlər