Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub.
Elchi.az bu barədə Müdafiə Nazirliyinə istinadən xəbər verir.
Sentyabrın 4-ü axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Yuxarı Şorca və Zərkənd yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik və Yuxarı Ayrım yaşayış məntəqələri istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.
Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.
Bakıda Azərbaycan və Estoniya XİN rəhbərlərinin təkbətək görüşü keçirilir – YENİLƏNİB
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Estoniyanın xarici işlər naziri Marqus Tsahkna arasında təkbətək görüş başlayıb. Elchi.az xəbər verir ki,...





















Son şərhlər