"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

“Kərimli çoxdan ciddiliyini itirib”

06 May 2019 - 06:57
in CƏMİYYƏT, MANŞET, SİYASƏT, SİYASƏT MANŞET
FacebookVatsap


Qüdrət Həsənquliyev: “Bu qədər qeyri-ciddi və sürüşkən adama iqtidar necə belə bir təklif verə bilərdi?”

Bunu da oxuyun

“Səssiz tələ” sənədli filmi təqdim olunub

Azərbaycanda yağıntılı hava davam edir, dağlara qar yağıb – FAKTİKİ HAVA

Merts Ukraynaya elan olunmamış səfər edib

Əli Kərimli “Azadlıq Radiosu”na müsahibəsində Qüdrət Həsənquliyevin ona iqtidar adından parlamentin spikeri və 5 (beş) nazir postu təklif etdiyini bildirib və qeyd edib ki, guya bu məsələ AXCP Rəyasət Heyətinin iclasında 17 nəfərin iştirakı ilə müzakirə olunub və iki nəfər istisna olmaqla qurumun digər üzvləri tərəfindən rədd olunub. 
BayMedia Əli Kərimlinin iddialarına Bütöv Azərbaycan Xalq Cəbhəsi Pariyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevin münasibətini öyrənib. 
Qüdrət Həsənquliyev Əli Kərimlinin iddialarının gülməli olduğunu deyib və qeyd edib ki, Kərimli çoxdan ciddiliyini itirib: “2000-ci ilin parlament seçkilərindən sonra Əli Kərimli Milli Məclisə düşə bilməyən digər partiyalarla birlikdə parlamenti boykot etmək barədə sənədi imzalamağa hazırlaşırdı. Bu zaman ona niyyətinin yanlış olduğunu bildirdim və nəticələrinin partiyamız üçün ağır olacağını söylədim. Niyə belə fikrə düşdüyünü soruşduqda o bildridi ki, “Müsavat partiyası seçkidən iki həftə sonraya, noyabrın 19-na mitinq təyin edib. Bizi də Heydər Əliyevə qatıb məhv edəcəklər”. Həmin vaxt onun otağında partiya rəhbərliyində təmsil olunan 23 nəfər var idi. Onun hazırda baş ideoloqu olan Qənimət Zahid də ciddi şəkildə məni müdafiə etdi. Kərimli bildirdi ki, bu rəsmi iclas deyil, ancaq rəy sorğusu keçirmək istəyir. Soruşdu ki, kim parlamentin boykot edilməsi barədə təklif edilən sənədi imzalamağına razıdır? 12 nəfər məni müdafiə etdi. O da öz növbəsində söz verdi ki, sənədi imzalamayacaq. Amma bir neçə saatdan sonra geri döndü və heç nə deməmiş rəngindən başa düşdüm ki, sənədi imzalayıb. Soruşdum niyə imzaladın? O isə Sabir Rüstəmxanlı barədə ağır ifadə işlədərək dedi ki, mən elə bilirdim o imzalamayacaq, mən də ona istinad edib imzalamayacağam. Amma daha o da imzalayandan sonra mənim başqa yolum qalmadı. Bu zaman ona dedim ki, qorxaq və sürüşkən siyasət heç kimə uğur gətirməyib və sən tezliklə qərarını ləğv etmək məcburiyyətində qalacaqsan. Elə də oldu. Müsavatın mitinqinə xalq ciddi dəstək vermədi və o da Ali Məclisi çağırıb imzasını ləğv etdirib Milli Məclisə getdi. İclasdan qabaq mənə dedi ki, sən boykotun əleyhinə idin, indi çıxış elə və əsaslandır ki, biz parlamentə getməliyik. Mən imtina etdim və dedim sənədi sən imzalamısan, indi də özün məclis üzvlərini parlamentə getməyin zəruriliyinə inandır. O da elə etdi. Həmin iclasda mən ümumiyyətlə çıxış etmədim. Bu mənim onunla ilk açıq və ciddi fikir ayrılığımız oldu. Mən onun otağından çıxarkən “Speys” TV-nin müxbirləri ilə qarşılaşdım. Onlar məndən bu barədə soruşanda parlamentə getməməyimiz barədə Əli Kərimlinin qəbul etdiyi qərarın yalnış olduğunu söylədim. Bundan bunlardan sonra bu qədər qeyri-ciddi və sürüşkən adama iqtidar necə belə bir təklif verə bilərdi?! İkincisi, onun iqtidarla ən yüksək səviyyədə, həm parlament, həm də Prezident Administrasiyası səviyyəsində birbaşa ciddi əlaqələrinin olduğu halda iqtidar bu təklifi niyə mənim vasitəmlə ona çatdırmalıydı?! Üçüncüsü, partiyanın Rəyasət Heyətində heç vaxt belə bir müzakirə olmayıb”.
BAXCP sədri bildirib ki, Elçibəy Bakını tərk edəndən sonra Əli Kərimli Milli Məclisə, mərhum prezident Heydər Əliyevin yanına gedib və Avropa ölkələrindən birinə səfir göndərilməsini xahiş edib: “Amma rədd cavabı aldı. Onun ana müxalifət kimi qalması daha məqsədəuyğun hesab olunmuşdu. Yenə desəydi ki, mənə vitse-spiker vəzifəsi təklif olunmuşdu, bəlkə də kimsə inanardı. Seçkini udan partiya başqa partiya sədrini necə spiker seçə bilər?! Dünya buna gülməzdimi? Bu onun həmin müsahibədə dediyi kimi balaca oğluna özündən düzüb, qoşub danışdığı nağıllardan biridir”
Qüdrət Həsənquliyev Kərimlinin Etibar Məmmədovu müdafiə etməsinin səbəbləri barədə söylədiklərini də cəfəngiyat adlandırıb: “Kərimlinin ən ciddi tərəfdarı, hazırda ABŞ-da yaşayan Qorxmaz Əsgərovun “ Ayının əmisi oğlu” adlı “Azadlıq” qəzetinin internet səhifəsində dərc olunmuş məqaləsini oxuyun və başa düşəcəksiniz ki, Əli Kərimli Milli Demokratiya İnstitutunun diqtəsi ilə eyni iqtidarda təmsil olunduğu İsa Qəmbəri yox, həmin iqtidarın devrilməsində müstəsna xidmətləri olan Etibar Məmmədovu müdafiə edib. Məqsəd isə iqtidara xidmət etmək üçün İsa Qəmbərin səslərini parçalamaq olub. Yox, seçkidən sonra özünü sığortalamaq üçün qələbə münasibətilə təbrik etdiyi İsa Qəmbərin həmin düşərgənin öncülü olmasını başa düşməyibsə vay bu gün də onun arxasınca gedənlərin halına. Yaxşı olardı Qarabağın itirilməsi hesabına hakimiyyətə gəlmək istəyən Əli Kərimli “Key West”danışıqları ərəfəsində ABŞ səfirinin tövsiyyəsilə AXCP-təyin olunmuş mitinqini niyə təxirə salmasından danışsın?”.
Xatırladaq ki, Qorxmaz Əsgərov “Azadlıq” qəzetinin internet saytında 15 may 2018-ci ildə yayımlanan “Ayının əmisi oğlu” adlı yazısında həmin dövrdə baş verən bir sıra məqamlara qismən də olsa aydınlıq gətirib. Sitat: “Bu arada “köhnə müxalifət” – “yeni müxalifət” söhbətini də Azərbaycana ilk dəfə Amerika səfirliyi, USAİD və onun maliyyələşdirdikləri təşkilatlar gətirib. Azərbaycanda demokratik təsisatlarla işləyən təşkilatlara həm USAİD, həm də Amerika səfirliyi dirənirdi ki, köhnə müxalifəti boş verin, təzə qüvvələrlə işləyin. Kim idi bu yeni qüvvələr? Məsələn 2003-də mən Amerika Milli Demokratiya İnstitutunun Bakı ofisində işləyəndə Amerika səfirliyi dirənmişdi ki, Müsavatı-zadı boş verin, Eldar Namazovla işləyin, Fuad Əliyevin Liberal Demokratik Partiyası ilə işləyin. Bunlar bunu 2003-də edirdilər. Həmin il AMİP də onların fikrincə “yeni müxalifət idi”, çünki Amerika hökumətindəkilər İlhamı hakimiyyətdə görmək istəyirdilər. İndi də həmin söhbət gedir, həmin dalğa, həmin koordinatdan”.

Previous Post

“Kərimli çoxdan ciddiliyini itirib”

Next Post

Ramazan ayı başlayıb

Bənzər yazılar

“Səssiz tələ” sənədli filmi təqdim olunub

“Səssiz tələ” sənədli filmi təqdim olunub

04 Oktyabr 2026 - 19:15

"Alternativ” Kommunikasiya və Tədqiqatlar İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi "Müharibə uşaqları:...

Azərbaycanda yağıntılı hava davam edir, dağlara qar yağıb – FAKTİKİ HAVA

Azərbaycanda yağıntılı hava davam edir, dağlara qar yağıb – FAKTİKİ HAVA

04 Oktyabr 2026 - 12:39

Oktyabrın 4-ü saat 12:00-a olan məlumatına əsasən Azərbaycanın əksər yerlərində yağıntılı hava şəraiti davam edir. Elchi.az xəbər verir ki, bu...

Merts Ukraynaya elan olunmamış səfər edib

Merts Ukraynaya elan olunmamış səfər edib

04 Oktyabr 2026 - 11:11

Almaniya Kansleri Fridrix Merts elan olunmamış səfərlə Kiyevə gedib. Elchi.az xəbər verir ki, o bu barədə "X" sosial şəbəkə hesabında...

Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alınıb

Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alınıb

04 Oktyabr 2026 - 11:08

Ağdam rayonunda 15 yaşlı qızın ailəsindən xəbərsiz evdən getməsi ilə bağlı aidiyyəti qurumlar tərəfindən zəruri tədbirlər görülüb. Bu barədə Elchi.az...

Next Post
Ramazan ayı başlayıb

Ramazan ayı başlayıb

İsrail və Fələstin atəşkəs haqqında razılıq əldə edib

İsrail və Fələstin atəşkəs haqqında razılıq əldə edib

Son xəbərlər

“Səssiz tələ” sənədli filmi təqdim olunub

“Səssiz tələ” sənədli filmi təqdim olunub

04 Oktyabr 2026 - 19:15
Türkiyədə arı pətəklərinin içində 90 kiloqramdan çox narkotik aşkarlanıb

Türkiyədə arı pətəklərinin içində 90 kiloqramdan çox narkotik aşkarlanıb

04 Oktyabr 2026 - 14:33
İtaliyada düşərgədə yanğın olub, 10-dan çox insan xəsarət alıb

İtaliyada düşərgədə yanğın olub, 10-dan çox insan xəsarət alıb

04 Oktyabr 2026 - 14:32
Məkkə sazişinə qoşulanların sayı arta bilər

Məkkə sazişinə qoşulanların sayı arta bilər

04 Oktyabr 2026 - 13:08
İran ABŞ-nin təklifinə cavab verib

İran ABŞ-nin təklifinə cavab verib

04 Oktyabr 2026 - 12:55
Əraqçi: İranın şərtləri qəbul edilsə, Hörmüz boğazı açılacaq

Əraqçi: İranın şərtləri qəbul edilsə, Hörmüz boğazı açılacaq

04 Oktyabr 2026 - 12:52
Azərbaycanda yağıntılı hava davam edir, dağlara qar yağıb – FAKTİKİ HAVA

Azərbaycanda yağıntılı hava davam edir, dağlara qar yağıb – FAKTİKİ HAVA

04 Oktyabr 2026 - 12:39
Sabah Bakıda və bəzi rayonlarda yağış yağacaq

Sabah Bakıda və bəzi rayonlarda yağış yağacaq

04 Oktyabr 2026 - 12:33
SEPAH: İran ballistik raketlərin istehsalı üçün imkanlarını qoruyub saxlayıb

SEPAH: İran ballistik raketlərin istehsalı üçün imkanlarını qoruyub saxlayıb

04 Oktyabr 2026 - 11:13
Merts Ukraynaya elan olunmamış səfər edib

Merts Ukraynaya elan olunmamış səfər edib

04 Oktyabr 2026 - 11:11
Gəncədə 28 yaşlı kişi və bacısı yanıq xəsarətləri alıb

Gəncədə 28 yaşlı kişi və bacısı yanıq xəsarətləri alıb

04 Oktyabr 2026 - 11:10
Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alınıb

Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alınıb

04 Oktyabr 2026 - 11:08
4 oktyabr- Cəbrayıl Şəhəri Günüdür

4 oktyabr- Cəbrayıl Şəhəri Günüdür

04 Oktyabr 2026 - 00:00
Filosof İoanna Kuçuradi vəfat edib

Filosof İoanna Kuçuradi vəfat edib

03 Oktyabr 2026 - 23:00
İran və İraq arasında uçuşlar sabahdan bərpa ediləcək

İran və İraq arasında uçuşlar sabahdan bərpa ediləcək

03 Oktyabr 2026 - 21:43
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.