Kəmaləddin Heydərov Elçibəyin oğlunu işə götürdü

🗓 21.08.2014 14:40 ✍️ "Elçi" qəzeti
Azərbaycanın mərhum prezidenti Əbülfəz Elçibəyin oğlu Ərturqut Əliyevə iş tapılıb. Bu barədə 70863"Şərq”ə bəyin qayını Mirmöhsün Mahmudov bildirib. 

Onun sözlərinə görə, Ə.Əliyev dövlət idarəsində çalışacaq: "Fövqəladə Hallar Nazirliyinə işə düzəlib. Hələlik həmin qurumda kurs keçir. 3 aylıq kursdan sonra rəsmən işlə təmin olunacaq”.

Qeyd edək ki, bu ilin iyunun 24-də Ə.Elçibəyin anadan olmasının 76-cı ildönümündə qayını M.Mahmudov onun oğlu Ərturqut Əliyevin işlə təminatı barədə imkanlı şəxslərə və dövlət məmurlarına müraciət etmişdi: "Ərturqutun dayısı kimi xahiş edirəm. Kimin imkanı varsa, onu işə qoysun. Ürəkləri hara istəyir, ora da göndərsinlər. Yazıqdır, cavan uşaqdır. Nə qədər bekar gəzəcək?”

Bənzər yazılar