Avqustun 13-də saat 22:45-dən avqustun 14-ü saat 07:05-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca və Dəvəli rayonunun Arazdəyən yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Mollabayramlı və Sədərək rayonunun Heydərabad yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.
Bu barədə Elchi.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Bölmələrimiz tərəfindən cavab tədbirləri görülüb.
Niyaməddin Orduxanlı: “Azərbaycanın əzəli torpaqları zorla erməniləşdirilib” – VİDEO
Ədalət, Hüquq, Demokratiya Partiyasının Baş katibi, politoloq Niyaməddin Orduxanlı Qərbi Azərbaycan Tv-də professor, filologoya elmlər doktoru Mahirə Nağıqızının müəllif olduğu “Ziyalı”...





















Son şərhlər