Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutuldu

84

Avqustun 31-i 22:15-də Ermənistan silahlı qüvvələrinin bölmələri İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan tutub.

Bu barədə Elchi.az-a Azərbaycan Müdafiə Nazirliyindən (MN) bildirilib.

“Bölmələrimiz tərəfindən cavab tədbirləri görülüb”, – məlumatda vurğulanıb.