Jurnalistləri təhqir edən direktorla bağlı qərar veriləcək

181
SHARES
317
VIEWS

>

Bunu da oxuyun

Jurnalistləri təhqir etdiyi deyilən Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədovun işinə Rəyasət Heyətinin iclasında baxılacaq.

Elchi.az xəbər verir ki, bu barədə AzVision.az-a AMEA-nın İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsinin rəhbəri Zülfüqar Fərzəliyev deyib. Onun sözlərinə görə, iclasda R.Məmmədovla bağlı qərar veriləcək.
“AMEA-nın prezidenti Akif Əlizadə akademiki kəskin şəkildə məzəmmət edib. Bildirildi ki, onun mövqeyi akademiyanın mövqeyi deyil. Onunla bağlı Rəyasət Heyətinin iclasında son qərar veriləcək”.

Qeyd edək ki, Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədov jurnalistlərin ünvanına təhqiramız fikirlər söyləyərək, onları “bezdarnı”, “savadsız”, “heç nəyə yaramayan” adlandırıb. Bununla yetinməyən akademik jurnalistlərə “küçük” deyib.

Bənzər yazılar

Next Post

Son xəbərlər