Jurnalisti öldürən İŞİD üzvü axtarışa verildi

🗓 22.08.2014 10:04 ✍️ "Elçi" qəzeti

Ceyms Folini edam edən silahlı dəstə üzvünə qarşı beynəlxalq axtarış elan olunub1408507218

Bir müddət əvvəl amerikalı jurnalisti öldürən İŞİD silahlısına qarşı beynəlxalq axtarış elan olunub.
ANS PRESS-in məlumatına görə, özünü Con kimi tədqim edən silahlı dəstə üzvü videoismarışında ABŞ hərbi hava qüvvələrinin İraqdan çıxmasını tələb edirdi. Silahlılar əks halda, əllərində olan digər amerikalını da öldürəcəkləri barədə xəbərdarlıq ediblər.
Amerika hökuməti isə İŞİD-lə danışıqlar aparmaq niyyətində deyil. ABŞ dövlət departamentinin mətbuat katibi Mari Harf bu barədə açıqlama verib. Harf qeyd edib ki, girovları geri almaq üçün onlara verilən pul qrupun maliyyələşməsinə imkan yaradır.
Hazırda Amerikanın Federal Təhqiqatlar Bürosu (FTB) və Böyük Britaniyanın Hərbi Kəşfiyyatı şübhəli şəxsin axtarışlarına başlayıb.
London ləhcəsində danışan şəxsin Böyük Britaniyadan olduğu güman edilir. Şübhəliyə məxsus digər əlamətlərdən biri isə onun solaxay olmasıdır.

Bənzər yazılar