İsrailin baş naziri Binyamin Netanyahunun işi başa çatıb. Elchi.az xəbər verir ki, bu barədə amerikalı jurnalist Seymur Herş Substack platformasındakı məqaləsində yazıb.
“Netanyahu bitib. “O, gəzən ölüdür”. Jurnalist baş nazirin tezliklə vəzifəsini itirəcəyinə inanır.
Herş həmçinin qeyd edib ki, Netanyahunun HƏMAS-a nəzarət edə biləcəyinə inanması İsrailin təhlükəsizliyini təhlükəyə atıb və qanlı müharibəyə səbəb olub.
Mütəxəssislər daha əvvəl HƏMAS-ın işğalı zamanı İsrail ordusunun uğursuzluğa düçar olduğunu bildirib.
Havar Şəfiyeva