"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT

Jirinovski: “Rusiya, Türkiyə və Azərbaycanın ittifaqını yaratmaq lazımdır”

12 Noyabr 2018 - 16:10
in SİYASƏT
FacebookVatsap

Bunu da oxuyun

Zelenski: Ukraynada seçkilər mümkün deyil

Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb

Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib

Elchi.az Rusiya Dövlət Dumasının deputatı, LDPR fraksiyasının rəhbəri Vladimir Jirinovskinin report-a müsahibəsini təqdim edir:

– Xoş gördük, Vladimir Volfoviç. 2018-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin dörd dəfə görüşüblər. Zəhmət olmasa, bu görüşlərin nəticələri və perspektivləri barədə məlumat verərdiniz.

– Ölkələrimizin rəhbərliyi arasında əlaqələr müntəzəm olaraq baş verir və bu, qonşu olduğumuza, bir çox ümumi maraqlarımız olduğuna görə təbii haldır. Birincisi, Rusiya kimi dövlətin başçısı sülh və müharibənin qlobal məsələlərini həll edir, bütün planetin problemlərindən narahatdır, lakin ən yaxın qonşularımız beynəlxalq əlaqələrin qurulması baxımından, əlbəttə ki, hər zaman prioritetdir. Mən də dəfələrlə Azərbaycanda olmuşam, əvvəlki və indiki prezidentlə şəxsən tanışam.

Rusiyanı Azərbaycanla indi həm də siyasi cəhətdən Qərbə deyil, Cənuba doğru hərəkət etmək yaxınlaşdırır. Hətta Türkiyə, İran, İraq və Azərbaycanla konfederativ ittifaq da yarada bilərik. Bunu bir neçə dəfə təklif etmişəm, şəxsən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla müzakirə etmişəm. Əlbəttə, Rusiya ilə adlarını çəkdiyim ölkələr arasında yerləşən Azərbaycan üçün bu, daha uzaq Avropa ilə münasibətlərdən daha çox faydalı olardı. Belə bir ittifaq çərçivəsində Rusiyada istehsal etməyin çətin olduğu bütün cənub məhsullarını almağa və qarşılığında hərbi və mülki texnologiyalarımızı, enerjimizi verməyə hazırıq.

– Sizcə, Rusiya və Azərbaycan arasında əməkdaşlığın inkişaf etdirilməli olan ən vacib sahələri hansılardır?

– Münasibətlərimizin mühüm aspekti Rusiyada yaşayan və işləyən milyonlarla azərbaycanlı miqrantdır. Silahlanma, ordu, müdafiə sahələrindəki layihələr bizi əlaqələndirir.

Danışıqlar üçün vacib mövzu Türkiyə ilə qonşuluqdur. Dediyim kimi, bu, cənubdakı potensial əsas tərəfdaşımızdır. Böyük əhalisi olan böyük iqtisadiyyat. Azərbaycan bizim aramızda yerləşir və daha da yaxınlaşsaq, onların da əlaqələrimizə cəlb edilməsi qaçılmaz olacaq.

Üçüncüsü, nəqliyyatdır. Rusiya Asiya və Qafqazı Avropaya birbaşa birləşdirən körpüdür. Əlavə sərhədsiz, tamamilə təhlükəsiz. Dağlar boyunca və bir çox sərhədlərdən keçməklə, özü də tez-tez hərbi cəhətdən qeyri-sabit bölgələr vasitəsilə yollar tikməkdənsə, bunu Rusiya ərazisi ilə etmək daha yaxşıdır.

– Hazırda ölkələrimiz arasında həll edilməmiş məsələlər varmı?

– Həll olunmayan problemlər barədə danışırıqsa, bu, Dağlıq Qarabağdır. Bu münaqişə, demək olar, 30 ildir qalır. Təəssüf ki, bu, postsovet məkanında millətlərarası münaqişənin müharibəyə səbəb olduğu yeganə region deyil. Ukrayna, Gürcüstan, Mərkəzi Asiya ölkələri – hər yerdə oxşar problemlər var. Yalnız bir həll yolu var: milli sərhədləri qorumaqla Rusiya ilə federasiyada birləşmək. Əlbəttə ki, yalnız könüllü qaydada, referendum yolu ilə. Yalnız vahid dövlət çərçivəsində biz bu cür anlaşılmazlıqları aradan qaldıra bilərik, daha kimsə başqasının onun torpağını işğal etdiyinə görə narahat olmayacaq, bütün bunlar ümumi olacaq.

Previous Post

Jirinovski: “Rusiya, Türkiyə və Azərbaycanın ittifaqını yaratmaq lazımdır”

Next Post

Azərbaycan ordusunda komanda-qərargah hərb oyunları başlayıb – VİDEO

Bənzər yazılar

Zelenski: Ukraynada seçkilər mümkün deyil

Zelenski: Ukraynada seçkilər mümkün deyil

12 Oktyabr 2026 - 18:43

Zelenski Ukraynada seçkilərin keçirilməsini yenidən istisna edib Elchi.az xəbər verir ki, Ukraynada seçkilərin keçirilməsi mümkün deyil. "RİA Novosti"nin məlumatına görə,...

Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb

Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb

12 Oktyabr 2026 - 17:57

İran İslam Respublikasının daxili işlər naziri İskəndər Momeninin rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 12-də Azərbaycana səfərə gəlib. Elchi.az xəbər verir ki,...

Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib

Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib

12 Oktyabr 2026 - 17:09

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 12-də İran İslam Respublikasının daxili işlər naziri İsgəndər Momenini qəbul edib. Elchi.az xəbər verir ki,...

Çin xarici işlər naziri Van İ Azərbaycana səfər edəcək

Çin xarici işlər naziri Van İ Azərbaycana səfər edəcək

12 Oktyabr 2026 - 16:57

Çinin xarici işlər naziri Van İ oktyabrın 15-də Bakıda keçiriləcək Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci...

Next Post
Azərbaycan ordusunda komanda-qərargah hərb oyunları başlayıb – VİDEO

Azərbaycan ordusunda komanda-qərargah hərb oyunları başlayıb – VİDEO

Azərbaycan ordusunda komanda-qərargah hərb oyunları başlayıb – VİDEO

Azərbaycan ordusunda komanda-qərargah hərb oyunları başlayıb – VİDEO

Son xəbərlər

Zelenski: Ukraynada seçkilər mümkün deyil

Zelenski: Ukraynada seçkilər mümkün deyil

12 Oktyabr 2026 - 18:43
Kəmaləddin Heydərov İranın daxili işlər naziri ilə görüşüb

Kəmaləddin Heydərov İranın daxili işlər naziri ilə görüşüb

12 Oktyabr 2026 - 18:35
Azərbaycan-BƏƏ müştərək taktiki-uçuş təlimi keçirilir – VİDEO

Azərbaycan-BƏƏ müştərək taktiki-uçuş təlimi keçirilir – VİDEO

12 Oktyabr 2026 - 18:26
“Sabah”ın oyunu ilə əlaqədar 18 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir

“Sabah”ın oyunu ilə əlaqədar 18 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir

12 Oktyabr 2026 - 18:19
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb

Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb

12 Oktyabr 2026 - 17:57
Düyüdəki gizli təhlükə!

Düyüdəki gizli təhlükə!

12 Oktyabr 2026 - 17:45
Tramp ilə Zelenski arasında gərginlik artır

Tramp ilə Zelenski arasında gərginlik artır

12 Oktyabr 2026 - 17:36
Aİ Rusiyanın hərbi-sənaye kompleksinə qarşı təxminən 1600 yeni sanksiya tətbiq edir

Aİ Rusiyanın hərbi-sənaye kompleksinə qarşı təxminən 1600 yeni sanksiya tətbiq edir

12 Oktyabr 2026 - 17:28
Küləklə bağlı sarı xəbərdarlıq verilib

Küləklə bağlı sarı xəbərdarlıq verilib

12 Oktyabr 2026 - 17:17
Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib

Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib

12 Oktyabr 2026 - 17:09
Çin xarici işlər naziri Van İ Azərbaycana səfər edəcək

Çin xarici işlər naziri Van İ Azərbaycana səfər edəcək

12 Oktyabr 2026 - 16:57
Azərbaycan ilə Slovakiya arasında məxfi məlumatın mübadiləsi həyata keçiriləcək

Azərbaycan ilə Slovakiya arasında məxfi məlumatın mübadiləsi həyata keçiriləcək

12 Oktyabr 2026 - 16:44
Azərbaycanla Ukrayna hökumətləri arasında Protokol təsdiq edilib

Azərbaycanla Ukrayna hökumətləri arasında Protokol təsdiq edilib

12 Oktyabr 2026 - 16:32
Azərbaycan və Kamboca əməkdaşlığı genişləndirir

Azərbaycan və Kamboca əməkdaşlığı genişləndirir

12 Oktyabr 2026 - 16:24
DİN: İctimai qaydanın kobud şəkildə pozulması ilə bağlı 37 nəfər həbs edilib – VİDEO

DİN: İctimai qaydanın kobud şəkildə pozulması ilə bağlı 37 nəfər həbs edilib – VİDEO

12 Oktyabr 2026 - 13:55
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.