Jirinovski Azərbaycanı təriflədi

🗓 25.07.2014 01:30 ✍️ "Elçi" qəzeti

"Azərbaycanda kəndlər abadlaşdırılıb, ölkə inkişaf edir"img1608931

Rusiya Liberal-Demokratik Partiyasının (RLDP) lideri, Dövlət Dumasının deputatı Vladimir Jirinovski, nəhayət Azərnaycanın xeyrinə danışıb.
ANS PRESS-in məlumatına görə, Jirinovski "Rossiya 24" telekanalının canlı yayımında çıxış edərkən Azərbaycanı MDB ölkələri arasında müsbət nümunə kimi göstərib.
"Elə Azərbaycanı götürək. Bütün kəndlər abadlaşdırılıb, yeni komplekslər, həmçinin idman kompleksləri tikilir. Bütün ölkə inkişaf edib".
Rus politoloq ölkənin bu cür sürətli inkişafının səbəbini Azərbaycan xalqının düzgün seçimi ilə - İlham Əliyevi prezident seçməklə izah edib.
O, həmçinin Azərbaycanın ümummilli lideri Heydər Əliyevi yüksək qiymətləndirib və onu dahi azərbaycanlı adlandırıb.
 

Bənzər yazılar