"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT

Jirinovski Azərbaycanda həbs oluna bilər – Şok iddia

18 Sentyabr 2014 - 16:28
in SİYASƏT
FacebookVatsap

Rusiya Liberal-Demokrat Partiyasının (RLDP) lideri Vladimir Jirinovskinin Azərbaycana səfəri ərəfəsində Ukrayna Daxili İşlər Nazirliyi onunla bağlı sənədləri beynəlxalq polis təşkilatına – İnterpola təqdim edib.

Bunu da oxuyun

Bölgəni sülhə, təhlükəsizliyə və inkişafa aparan yeni siyasi xəttin əsas memarı

Hindistan BTQ ilə əməkdaşlıq edən hüquq müdafiəçisi və ailəsini ölümlə təhdid edir – BMT hesabatı

Azərbaycan İranı qardaş ölkə hesab edir – Hikmət Hacıyev

24832Ukrayna daxili işlər nazirinin məsləhətçisi Anton Geraşenko bildirib ki, Jirinovskinin Ukraynada terrora dəstək vermək istəyi ilə əlaqədar İnterpola müraciət ediblər: “Jirinovskiyə qarşı Ukraynada axtarış elan edilib, sənədlər İnterpola təqdim edilib”.

“Trend”in diplomatik mənbəyə istinadən yaydığı məlumata görə, V.Jirinovski Bakıda və ölkənin regionlarında bir sıra görüşlər keçirməyi, respublikadakı inkişaf prosesləri ilə yaxından tanış olmağı planlaşdırır. Səfərin sentyabrın sonunda baş tutacağı gözlənilir.

Hazırda İnterpolun saytında Vladimir Jirinovskinin axtarışda olması haqda məlumat yerləşdirilməyib. Amma bu o demək deyil ki, yaxın günlərdə belə bir məlumat İnterpolun saytında yerləşdirilməyəcək. Bu halda Jirinovski Azərbaycanda həbs edilə bilərmi?

Sabiq polis rəisi Mahmud Hacıyev deyib ki, Milli Mərkəzi Büro Azərbaycanın və İnterpola üzv olan ölkələrin hüquq-mühafizə orqanları arasında cinayətkarlıqla mübarizə sahəsində informasiya mübadiləsini həyata keçirən DİN-in müstəqil struktur hissəsidir. MMB aşağıdakı vəzifələri həyata keçirir:

– Respublikanın və İnterpola üzv olan ölkələrin hüquq-mühafizə orqanları arasında cinayətkarlıqla mübarizə sahəsində informasiya mübadiləsinin həyata keçirilməsi.

– İnterpol kanalları ilə daxil olan sorğu və tapşırıqların icrası.

– Cinayətlərin qarşısının alınması və açılması məqsədilə digər ölkələrin MMB-lərinə cinayətlər və cinayətkarlar, habelə şəxslərin, əşya və sənədlərin axtarışı barədə sorğuların göndərilməsinin təmini.

– Digər ölkələrin MMB-lərindən daxil olan analoji müraciət və məlumatların respublikanın aidiyyəti hüquq-mühafizə orqanları ilə qarşılıqlı əlaqədə icrasının təmin edilməsi.

– Azərbaycanda cinayət törətməkdə şübhəli bilinmiş, cinayət məsuliyyətinə cəlb olunmuş və barələrində həbs-qətimkan tədbiri seçilmiş xarici vətəndaşlar haqqında İnterpolun Baş Katibliyinə tapşırıq və məlumatların göndərilməsi.

– Respublikada cinayətkarlığa qarşı mübarizənin nəticələri, cinayətlərin yeni forma və metodları, eləcə də qabaqcıl təcrübə barədə müfaviq hesabatların tərtibi və zəruri hallarda belə məlumatların İnterpolun Baş Katibliyinə təqdim edilməsi. Beynəlxalq polis əməkdaşlığı çərçivəsində əldə olunan operativ və digər məlumatlar bankının yaradılması.

– Transmilli cinayətkarlıqla mübarizə üzrə əməkdaşlıq sahəsindəki tələblər, şərtlər barədə respublikanın hüquq-mühafizə orqanlarının məlumatlandırılması və bu yönümdə işin təkmilləşdirilməsinə dair Baş Katibliyə təkliflər verilməsi.

– Polisin fəaliyyətinə, habelə transmilli cinayətlərlə mübarizəyə dair beynəlxalq hüquq normalarını əks etdirən sənədlərin, müqavilələrin Baş Katiblikdən sorğu edilməklə alınması.

– Cinayətkarlıqla mübarizə sahəsində beynəlxalq əməkdaşlığın problemlərinə dair xülasələrin, məruzələrin, İnterpola üzv olan ölkələrin kriminal xidmətlərinin məlumatları əsasında ümumiləşdirmiş təkliflərin hazırlanması.

Yəni Ukraynanın Vladimir Jirinovski barədə cinayət işini İnterpola təqdim etməsi hələ onun barəsində axtarış elan olunması demək deyil. İnterpol təqdim olunan cinayət işləri ilə bağlı axtarış elan etməzdən əvvəl bu işlərin siyasi xarakterli olub olmamasını, əsaslılığını yoxlayır. Əgər uyğunsuzluq olursa, axtarışdan imtina edilir”.

M.Hacıyev deyir ki, əgər İnterpol V.Jirinovski haqda axtarış versə, rusiyalı partiya sədri Azərbaycana gəlməkdən vaz keçməlidir: “Azərbaycan İnterpola üzv dövlətlərdəndir. Əgər şəxsin barəsində bu təşkilatın xətti ilə axtarış olsa, onu ölkəmizdə saxlayıb barəsində axtarış elan etmiş ölkəyə təhvil verməlidirlər. Vladimir Jirinovskiyə Azərbaycana gələcəyi təqdirdə, xoşagəlməz situasiyanın yaranacağını və bunun Azərbaycan-Rusiya, Azərbaycan-Ukrayna münasibətlərinə təsirsiz ötüşməyəcəyini diplomatik kanallarla çatdırmaq lazımdır. Axtarış işi olmayacaqsa, onun Azərbaycan gəlişində heç bir problem də yoxdur”.

Xatırladaq ki, Azərbaycan 9 fevral 1993-cü ildən İnterpolun üzvüdür, təşkilatın Milli Mərkəzi Bürosu da həmin tarixdən fəaliyyətdədir/musavat.com/.

Previous Post

Jirinovski Azərbaycanda həbs oluna bilər – Şok iddia

Next Post

Polad Bülbüloğlu Rusiya hökumətindən təminat istədi

Bənzər yazılar

Bölgəni sülhə, təhlükəsizliyə və inkişafa aparan yeni siyasi xəttin əsas memarı

Bölgəni sülhə, təhlükəsizliyə və inkişafa aparan yeni siyasi xəttin əsas memarı

05 Avqust 2026 - 16:46

Tarix müharibələrdə qələbə qazanan çoxlu liderlər tanıyır. Prezident İlham Əliyev isə həmin liderlər sırasında qələbəni dayanıqlı sülhün siyasi və hüquqi...

Hindistan BTQ ilə əməkdaşlıq edən hüquq müdafiəçisi və ailəsini ölümlə təhdid edir – BMT hesabatı

Hindistan BTQ ilə əməkdaşlıq edən hüquq müdafiəçisi və ailəsini ölümlə təhdid edir – BMT hesabatı

05 Avqust 2026 - 16:31

Bakı Təşəbbüs Qrupu (BTQ) ilə sıx əməkdaşlıq edən Kanada Siqh Federasiyasının sədri, tanınmış hüquq müdafiəçisi Moninder Singh Bualın beynəlxalq təşkilatlara...

Azərbaycan İranı qardaş ölkə hesab edir – Hikmət Hacıyev

Azərbaycan İranı qardaş ölkə hesab edir – Hikmət Hacıyev

05 Avqust 2026 - 15:53

"Geosiyasi baxımdan regionumuzda vəziyyət çox çətindir. Bakıdan 200 km cənubda İran, ABŞ və İsrail arasında müharibə gedir. 200 km şimalda...

Fransada yanğın törədən 400-dən çox şəxs saxlanılıb

Fransada yanğın törədən 400-dən çox şəxs saxlanılıb

04 Avqust 2026 - 23:48

Yayın əvvəlindən Fransada meşə yanğınlarının baş verməsində iştiraka görə şübhəli bilinən 402 nəfər saxlanılıb, onların arasında 156 yetkinlik yaşına çatmayan...

Next Post

Polad Bülbüloğlu Rusiya hökumətindən təminat istədi

Polad Bülbüloğlu Rusiya hökumətindən təminat istədi

Son xəbərlər

“Orhus” – “Sabah” matçının heyətləri açıqlandı

“Orhus” – “Sabah” matçının heyətləri açıqlandı

05 Avqust 2026 - 19:28
Martinez “Aston Villa” ilə bağlı qərarını verdi

Martinez “Aston Villa” ilə bağlı qərarını verdi

05 Avqust 2026 - 19:19
Salyanda yol qəzası olub, ölənlər və xəsarət alanlar var

Gəncədə yol qəzasında 3 nəfər xəsarət alıb

05 Avqust 2026 - 19:11
Bayram günlərində Bakı metropolitenində hərəkət qrafiki dəyişdiriləcək

Metropoliten: İcra olunan layihələr ictimai nəqliyyatın daha səmərəli təşkilinə təkan verəcək

05 Avqust 2026 - 18:57
Bəxtiyar Məmmədov: Gələcəkdə metroda hər iki xətt üzrə maksimal interval 2 dəqiqə olacaq

Bəxtiyar Məmmədov: Gələcəkdə metroda hər iki xətt üzrə maksimal interval 2 dəqiqə olacaq

05 Avqust 2026 - 18:45
Qüdrət Həsənquliyev: “Azərbaycan Ermənistan qarşısında konkret tələb qoymalıdır: yeni hökumət formalaşdı, referendumu elan et!”

Qüdrət Həsənquliyev: “Azərbaycan Ermənistan qarşısında konkret tələb qoymalıdır: yeni hökumət formalaşdı, referendumu elan et!”

05 Avqust 2026 - 18:40
Bakı Metropoliteni: “Cəfər Cabbarlı” və “Nizami” stansiyaları arasında tunellərin tikintisi daha tez başa çata bilər

Bakı Metropoliteni: “Cəfər Cabbarlı” və “Nizami” stansiyaları arasında tunellərin tikintisi daha tez başa çata bilər

05 Avqust 2026 - 18:36
İranla münaqişə “El Al” aviaşirkətinə 55 milyon dollar zərər vurub

İranla münaqişə “El Al” aviaşirkətinə 55 milyon dollar zərər vurub

05 Avqust 2026 - 18:23
“Beşiktaş”ın prezidenti: Məhəmməd Salahı istəməmişik

“Beşiktaş”ın prezidenti: Məhəmməd Salahı istəməmişik

05 Avqust 2026 - 18:13
“Kəpəz” qapıçısı ilə müqaviləni yenilədi

“Kəpəz” qapıçısı ilə müqaviləni yenilədi

05 Avqust 2026 - 17:59
ABŞ-İran razılaşması: Avqustun 7-dək nəticə olmaya bilər

ABŞ-İran razılaşması: Avqustun 7-dək nəticə olmaya bilər

05 Avqust 2026 - 17:46
Abbas Əraqçi Pakistana səfər edəcək

Abbas Əraqçi Pakistana səfər edəcək

05 Avqust 2026 - 17:40
Sabah çimərliklərdə 27 dərəcə isti olacaq

Sabah çimərliklərdə 27 dərəcə isti olacaq

05 Avqust 2026 - 17:33
Bakıda 24 nömrəli avtobus marşrutunun hərəkət sxemi dəyişdirilib

Bakıda 24 nömrəli avtobus marşrutunun hərəkət sxemi dəyişdirilib

05 Avqust 2026 - 17:25
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə 14 vaqon buğda göndəriləcək

Rusiyadan Ermənistana Azərbaycandan keçməklə 14 vaqon buğda göndəriləcək

05 Avqust 2026 - 17:16
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.