Elchi.az xəbər verir ki, Ukrayna ordusunun təxminən 5 ay əvvəl rus qoşunlarından geri aldığı Xarkov vilayətinin İzyum şəhərində xalq aylardır onlara çatdırılan isti yeməklər sayəsində həyat mübarizəsini davam etdirə bilir.
Ukraynada müharibə başlayandan 2022-ci ilin sentyabrına qədər Rusiya ordusunun nəzarətində olan və intensiv bombardmanlar nəticəsində xarabalığa çevrilən İzyumda mülki infrastruktur ciddi şəkildə zədələnib. Elektrik enerjisinin də qismən verildiyi şəhər və ətraf kəndlərin minlərlə sakini humanitar yardımla sağ qalmağa çalışır.
Gün ərzində çox az adamın və nəqliyyat vasitələrinin göründüyü şəhərdə xeyriyyə təşkilatına məxsus yeməkxana qarşısında mülki şəxslərin növbəsi diqqət çəkir.
Damı və pəncərəsi olmayan evlər…
İzyum və onun bölgəsindəki kənd sakinlərinə hər gün isti yeməklər çatdıran yerli xeyriyyə təşkilatının baş aşpazı 34 yaşlı Alina Skidina rayon əhalisinin yaşadığı çətinliklərdən danışıb.
Skidina qeyd edib ki, müharibə nəticəsində işsiz qalan, damı, pəncərəsi olmayan evlərdə ağır şəraitdə yaşayan insanlara yardım etməyə çalışırlar.
Ukraynanın müxtəlif bölgələrində toplanan ianələr sayəsində könüllü olduğu yeməkxanada müxtəlif yeməklər hazırladıqlarını və hər gün çox sayda insanın isti yemək almaq üçün buraya gəldiyini, həmçinin nəqliyyat vasitələri ilə bölgədəki yaşayış məntəqələrinə yemək payladığını bildirən Skidina .
Şayəstə