İyunda hava şəraiti qeyri-sabit keçə bilər

🗓 26.05.2025 13:30 ✍️ "Elçi" qəzeti
İyunda hava şəraiti qeyri-sabit keçə bilər
“İyun stabil aylar sırasında olduğuna görə qeyri-sabit hava şəraiti nisbətən səngiyəcək. Ancaq yenə də gələn ay havanın 10-15 faiz ehtimalla qeyri-sabit keçməsi gözləniləndir”. Bunu Coğrafiya İnstitutunun İqlim və aqroiqlimşünaslıq şöbəsinin elmi işçisi Rafiq İsmayılov deyib. “İyunda sel, daşqın hallarının baş verməsi ehtimalı var. Orta statistik rəqəmlərə əsaslanaraq deyə bilərəm ki, sel-daşqın ehtimalı dağlıq və dağətəyi rayonların payına düşür. Müvəqətti yağıntılar intensiv olarsa, çaylarda sululuğun artmasına gətirib çıxaracaq”,- o bildirib.(apa)

Bənzər yazılar