Silvio Berluskoni 87 yaşında vəfat edib.
Elchi.az xəbər verir ki, İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni 87 yaşında vəfat edib. Bu barədə bazar ertəsi, iyunun 12-də Corriere Della Sera məlumat verib. Bundan əvvəl nəşr Milanın San Raffaele xəstəxanasına yerləşdirilən İtaliya hökumətinin keçmiş rəhbərinin vəziyyətinin son dərəcə ağır kimi qiymətləndirildiyini bildirmişdi. Qeyd edildiyi kimi, xroniki leykoz xəstəliyindən əziyyət çəkən siyasətçi artıq dördüncü gündür ki, xəstəxanada idi.
Şayəstə Hüseynova