İtaliya Məlumatların Mühafizəsi Agentliyinin ABŞ-da yerləşən OpenAI şirkətinin şəxsi məlumatların toplanması qaydalarını pozmaqda şübhəli bilinərək ChatGPT süni intellekt chatbotuna yerləşdirdiyi müvəqqəti giriş blokunu ləğv etdiyi bildirilir.
Elchi.az xəbər verir ki,İtalyan ANSA agentliyinin xəbərinə görə, OpenAI sözçüsü ChatGPT-nin İtaliyadakı istifadəçilər üçün yenidən əlçatan olduğunu açıqladı.
Sözügedən rəsmi, İtaliyada istifadəçilərə yenidən xidmət göstərməkdən həyəcanlandıqlarını və istifadəçilərin məxfiliyini qorumağa sadiq olduqlarını söylədi.
OpenAl sözçüsü İtaliya Məlumatların Mühafizəsi Agentliyinin qaldırdığı məsələlərə aydınlıq gətirdiklərini qeyd edib.
İtaliya mətbuatında yer alan xəbərlərdə OpenAl-ın ChatGPT istifadəçilərinin məxfiliyini qorumağa və istifadəçi hüquqlarına daha çox diqqət ayırmağa qərarlı olduğu bildirilib.
İtaliyanın Məlumatların Mühafizəsi Agentliyi keçən ay ABŞ-da yerləşən OpenAI-nin ChatGPT süni intellekt chatbotunun şəxsi məlumatların toplanması qaydalarını pozması şübhəsi ilə araşdırma başlatdı və martın 31-də tətbiqə girişi müvəqqəti olaraq dayandırdı.
Nuranə Məmmədova