İtaliyanın baş naziri Giorgia Meloni və yaponiyalı həmkarı Kişida Fumio müdafiə sahəsində əməkdaşlığı gücləndirmək üçün ikitərəfli təhlükəsizlik danışıqlarına başlamaq barədə razılığa gəliblər.
Elchi.az xarici mediaya istinadən bildirir ki, G7 ölkələri turu çərçivəsində İtaliyaya gedən Fumio paytaxt Romada Meloni ilə görüşüb.
İlk üz-üzə görüşdə Meloni və Fumio ölkələri arasında müdafiə sahəsində əməkdaşlığı gücləndirmək üçün ikitərəfli təhlükəsizlik danışıqlarına başlamaq barədə razılığa gəliblər.
Fumio görüşdən sonra təşkil edilən mətbuat konfransında müdafiə sahəsində əməkdaşlıq sahəsində əldə edilən irəliləyişdən sonra Tokio və Romanın təhlükəsizlik danışıqlarına başlamaq qərarına gəldiyini bildirib.
“Memorandum sənaye və təhlükəsizlik sahəsində əməkdaşlığı asanlaşdıracaq”-deyən Fumio İtaliyanın Hind-Sakit okean regionuna göstərdiyi maraqdan məmnun olduğunu bildirib.
Fumio G7 ölkələrinin qaydalara əsaslanan, azad və açıq beynəlxalq asayişin qorunmasında güclü qətiyyətinin əhəmiyyətini vurğuladıqlarını bildirib.
Liderlər Sammiti Xirosimada keçiriləcək
2023-cü il G7 Liderlərinin Sammiti Yaponiyanın Baş naziri Kişida Fumionun ev sahibliyi ilə mayın 19-21-də ölkənin cənub-qərbində yerləşən Xirosimada keçiriləcək.
6 avqust 1945-ci ildə Xirosimaya və 9 avqust 1945-ci ildə Naqasakiyə atılan atom bombaları ilə ABŞ 200.000-dən çox insanın ölümünə səbəb olub.
Ailəsinin doğma şəhəri sayılan Xirosima əyalətindən Yaponiya Assambleyasına deputat seçilən Kişida Fumionun sammit üçün bu şəhərə üstünlük verməsi diqqət çəkib.
Yeganə