Almaniyanın müdafiə konserni “Rheinmetall” İsveçrənin “Ruag” şirkətindən Ukrayna üçün təxminən 100 “Leopard 1” tankı almaq niyyətindədir, lakin İsveçrə hakimiyyəti bununla razılaşmır.
Elchi.az xəbər verir ki, bu barədə “Tages-Anzeiger” yazır.
“Ruag” aerokosmik və müdafiə sənayesində ixtisaslaşıb. 2016-cı ildə şirkət İtaliyadan təmirə ehtiyacı olan 96 “Leopard” alıb. Onları ya yenidən satmaq, ya da hissə-hissə sökmək planlaşdırılırdı. Ancaq indi tanklar yenidən tələb oluna bilər.
Nəşrin məlumatına görə, “Ruag” “Rheinmetall”-ın tanklar almaq planları barədə məlumatı təsdiqləyib. Lakin İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi hüquqi səbəblərə görə sövdələşməyə veto qoyub.
Yeganə