İsveçrədə baltalı hücumçu ondan çox adamı girov götürüb.
Elchi.az xəbər verir ki, İsveçrənin Jura-Nord Vaudois bölgəsindəki Essert-sous-Champvent qəsəbəsində bıçaq və balta ilə silahlanmış iranlı hücumçu qatarda 15 nəfəri girov götürüb.
Qatarda olan sərnişinlərin xəbəri üzərinə hadisə yerinə gələn polis qrupları qatarı saxlayıb və ərazini giriş-çıxışlara bağlayıb. Tərcüməçi vasitəsilə təcavüzkarla aparılan danışıqlar nəticəsiz qaldıqdan sonra 60-a yaxın polis qatara basqın edib.
Polisdən verilən açıqlamada, basqın zamanı 32 yaşlı sığınacaq axtaran şəxsin güllələnərək öldürüldüyü, 4 saata yaxın girovluqda olan sərnişinlərin isə xəsarət almadan xilas edildiyi bildirilib.
Hadisənin terrorla əlaqəsi olub-olmadığı hələ məlum olmasa da, vilayət prokurorluğundan verilən açıqlamada hadisə ilə bağlı araşdırmalara başlanıldığı bildirilib.
Nuranə Məmmədova