İsveçrənin Türkiyədəki səfiri XİN-ə çağırıldı

44

PKK terror təşkilatının üzvləri və onların tərəfdarlarının Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) binasına zorla daxil olmasına görə İsveçrənin Ankaradakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb.

Elchi.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Tanju Bilgiç məlumat verib.

O bildirib ki, səfirə İsveçrə hakimiyyətinin tolerant münasibəti fonunda kəskin etiraz edilib. Həmçinin, erməni terror təşkilatı ASALA-nın Türkiyənin İsveçrədəki Cenevrə Baş Konsulluğunun əməkdaşlarını şəhid etdiyini xatırladan T.Bilgiç PKK-nın hər cür fəaliyyətinin İsveçrə qurumları tərəfindən qarşısının alınmasının önəmli olduğunu vurğulayıb:

“Bu vasitə ilə beynəlxalq təşkilatlara ev sahibliyi edən İsveçrənin beynəlxalq hüquqdan qaynaqlanan öhtəliklərinin yerinə yetirməsini, qanlı terror qruplaşmasının propaqanda fəaliyyətinə son verməsini və terrorizmlə mübarizədə beynəlxalq əməkdaşlığa töhfə verməsini gözləyirik”.