İsveçdə terror təşkilatı PKK/YPG üçün qəsb pulu toplayan təqsirləndirilən şəxslər “terrorçuluğu maliyyələşdirmək”, “qəsb etməyə cəhd” və “silahlı hücum” maddələri ilə məhkəmə qarşısına çıxarılıb.
Elchi.az xəbər verir ki,Dövlət televiziyası SVT-nin xəbərində təqsirləndirilən şəxsin yanvar ayında restorandan tapança ilə hədə-qorxu gələrək terror təşkilatı PKK üçün pul tələb etməsinin ardından həbs edildiyi bildirilib.
İddianaməni hazırlayan prokuror Hans İhrman, “PKK İsveçdə şantaj yolu ilə pul toplamaqda günahlandırılır. Bu, uzun müddətdir mütəşəkkil şəkildə həyata keçirilən daha əhatəli fəaliyyətlərin bir hissəsidir. Şübhəlinin PKK adından hərəkət etdiyinə dair əsaslı dəlillər var” söyləyib.
İsveç Xarici işlər naziri Tobias Billström aprel ayında Dagens Nyheter qəzetinə verdiyi açıqlamada Türkiyənin İsveçin NATO üzvlüyünü bəyənməməsinə səbəb kimi terror təşkilatı PKK/YPG-ni göstərib.
Billström “PKK-nın torpaqlarımızdakı fəaliyyəti çox genişdir” ifadəsini işlədib.
Nuranə Məmmədova