İsveç Parlamenti iki yeni qanun qəbul edib, bunlardan biri cinsiyyətin dəyişdirilməsi üçün minimum yaş həddi 18-dən 16-ya endirilib, digəri isə cərrahiyyə əməliyyatına girişi asanlaşdırır.
Elchi.az xəbər verir ki, İsveç Parlamentində altı saat davam edən qızğın müzakirələrdən sonra qanun layihələri lehinə 234 səs, Riksdaqdakı 349 deputatdan 94-ü isə əleyhinə səs verib.
Bu qanunlar 2025-ci il iyulun 1-də qüvvəyə minəndə insanlar 16 yaşında cinsiyyətini dəyişə biləcəklər, lakin 18 yaşından kiçiklər üçün valideynlərinin, həkimin və Səhiyyə və Sosial Məsələlər üzrə Milli Şuranın razılığı tələb olunacaq.
Bir insanın doğulduğu cinsiyyətlə özünün eyniləşdirdiyini hiss etdiyi cins arasında uyğunsuzluq yaşadığını göstərən “gender disforiyası” diaqnozu artıq lazım olmayacaq.
Şayəstə Hüseynova