İsveçin baş naziri Ulf Kristersson martın 2-də Türkiyə ilə razılaşmaların icrası çərçivəsində yeni antiterror qanunu ilə bağlı qərarın veriləcəyini bildirib.
Elchi.az bu barədə “Financial Times”-a istinadən xəbər verir.
İyunun 29-da Türkiyə, İsveç və Finlandiya təhlükəsizlik sahəsində Ankaranın bütün maraqlarını nəzərə alan memorandum imzalayıb. Bu, Skandinaviya ölkələrinin NATO-ya üzv olmaq üçün müraciətlərinə baxılması prosesini əngəlləyib. Kristerssonun sözlərinə görə, onun ölkəsi memorandumun bütün bəndlərinə əməl edib.
“Martın 2-də son addım atılacaq – İsveç hökuməti yeni antiterror qanunu ilə bağlı qərar verəcək. Yeniliklər İsveç konstitusiyasının maddələrinə təsir edən qanunvericiliyin mühüm elementləri olacaq”.
Yeganə