İsveç nümayəndə heyəti Türkiyəyə səfər edəcək

39

İsveç Ədliyyə Nazirliyinin nümayəndə heyəti rəsmi Ankaranın cinayətkar hesab etdiyi şəxslərin ekstradisiyasını müzakirə etmək üçün 5-6 oktyabrda Türkiyəyə səfər edəcək.

Elchi.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ məlumat verib.

“İsveç və Finlandiyanın NATO ilə razılaşma çərçivəsində FETÖ (Fətullah Gülən terror qruplaşması) və PKK (Kürdüstan Fəhlə Partiyası) üzvlərini Türkiyəyə təhvil verməsini gözləyirik”- Bozdağ açıqlamasında bildirib.

Ədliyyə Nazirinin sözlərinə görə, Türkiyə Xarici İşlər Nazirliyinin nümayəndə heyəti də Alyansa üzv olmaq istəyən Finlandiyaya danışıqlar üçün səfər edəcək.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da öz növbəsində qeyd edib ki, Ankara parlament seçkiləri öncəsi İsveçlə danışıqlarda ciddi irəliləyiş gözləmir, lakin Stokholmda növbəti hökumət bu məsələ ilə bağlı özü addım atmalıdır.

Türkiyə, İsveç və Finlandiya ilk dəfə NATO-ya üzvlük haqqında bir araya gəlib.

Ətraflı

“Hələlik heç bir konkret addım atılmayıb. Razılaşma var və bu müqavilənin tələbləri bəllidir. Bunlar yerinə yetirilməlidir”- deyə Çavuşoğlu açıqlamasında bildirib.

Xatırladaq ki, 2022-ci il iyunun 28-də Türkiyə, Finlandiya prezidentləri, İsveçin baş naziri və NATO baş katibinin iştirakı ilə Stokholm və Helsinkinin NATO-ya üzvlük məsələsi haqqında Üçtərəfli Memorandum imzalanıb.

Memoranduma əsasən, Finlandiya və İsveç NATO-nun gələcək müttəfiqləri olaraq Türkiyəni milli təhlükəsizliyinə qarşı bütün təhdidlərə qarşı mübarizədə tam dəstək öhdəliyi götürür. Həmçinin tərəflərin üzərinə Türkiyəniin NATO-ya üzvlüyünü təsdiq etməsilə bağlı bir sıra öhdəliklər də düşür.

Qeyd edək ki, Türkiyə dəfələrlə digər tərəflərin memorandumun tələblərinə əməl etmədiyini bəyan edib.