"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT

“İstənilən halda, Rusiya müharibənin məğlub tərəfidir”

20 Sentyabr 2022 - 22:22
in SİYASƏT
FacebookVatsap

“Rusiya işğal etdiyi Ukrayna ərazilərində tez-tələsik “referendum”lar keçirməyə qərar verdi.
Qondarma referendumlar nəticəsində bu ərazilər guya Rusiyaya birləşmiş olacaq və Rusiya ərazisi sayılacaq.
Bu, nəyi dəyişəcək?
Prinsipcə, heç nəyi”.

Bunu da oxuyun

Baş nazir Əli Əsədov Gürcüstanın Baş prokuroru ilə görüşüb

İlham Əliyev Qırğızıstanda səfərdədir

Prezident İlham Əliyev Mərakeş Kralını təbrik edib

Elchi.az bildirir ki, bu barədə siyasi şərhçi Şahin Cəfərli FB hesabında qeyd edib:

“Ukrayna yenə o əraziləri azad etmək üçün müharibəni davam etdirəcək.
Amma bu addım atılırsa, deməli, arxasında hansısa siyasi fikir, hesablama, məqsəd dayanır.
Ukrayna ordusunun uğurlu Xarkov əməliyyatından sonra hər kəs, xüsusən Rusiya ictimaiyyəti Moskvanın buna necə və hansı şəkildə cavab verəcəyini, ümumilikdə vəziyyətdən necə çıxacağını gözləyirdi. (Yeri gəlmişkən, Ukrayna ordusu bu ay 8500 kv. km ərazini işğaldan azad edib.) Rusiya gözləntilərin əksinə olaraq, hərb meydanında cavab verə bilmədi, çünki tükənib və cəbhəyə yeni hərbi birləşmələr göndərmək imkanında deyil. Lakin cavab mütləq olmalıydı, içəriyə və dünyaya güclü bir mesaj verilməliydi. Nəticədə kimsəyə sürpriz olmayan asimmetrik cavab – referendum və ilhaq yolu seçildi. Guya ki, həmin ərazilər Rusiya torpağı elan edildikdən sonra Ukraynanın ora hücumları nüvə silahının tətbiqinə əsas yaradacaq.
Əvvəla, bu, Rusiyanın acizliyini göstərir və ciddi prestij itkisidir. Dünya diqqətlə izləyir və görür ki, Rusiya konvensional savaşda Ukrayna ilə bacarmır.
İkincisi, bu “çeynənmiş” üsulu optimal çıxış yolu kimi Putinə təklif edənlər, yaxud qərarı verən Putin böyük riskə getmiş olur və manevr imkanlarını daraldır. Şübhə yoxdur ki, Ukrayna ordusu Rusiya ərazisi elan olunan ərazilərdə hücumlarını davam etdirəcək və o əraziləri geri almağa çalışacaq. Bu halda Rusiyanın cavabı nə olacaq? Axı o, öz ərazisi elan etdiyi və “nüvə çətiri”nin qoruması altına aldığı yerləri mütləq müdafiə etməlidir. Edə bilməsə, o dərəcədə nüfuzdan düşəcək ki, bundan sonra onu Nauru, Tuvalu kimi ölkələr də ciddiyə almayacaq. Adi silahlı qüvvələrlə bunu etmək, göründüyü kimi, çətindir. Belə çıxır ki, Putin taktiki nüvə silahına əl atmalı olacaq.
Lakin taktiki nüvə silahının tətbiqi vəziyyəti Rusiyanın xeyrinə kökündən dəyişə bilməz, əksinə, onun iflasını sürətləndirər.
Əvvəla, ona görə ki, taktiki nüvə yalnız tətbiq olunduğu istiqamətdə Ukraynanın hücumunun qarşısını kəsə bilər, ümumilikdə Ukrayna ordusunu dayandıra bilməz.
İkincisi, hərbi əməliyyatlar məskun mahalda gedir və Rusiya nüvə atmaqla dünyanın gözü qarşısında insanlığa qarşı ağır cinayət törətmiş olacaq, nəticədə indiyədək tərəfsiz qalan Çin və Hindistan kimi önəmli güc mərkəzlərini də özünə qarşı çevirmiş olacaq. Bu ölkələrin liderləri Si və Modi Səmərqənddə Putini müharibəni tezliklə dayandıraraq masaya oturmağa çağırdılar. Nüvə tətbiqindən sonra əgər Ukrayna rəhbərliyində Rusiya ilə masaya oturmağı gözə alacaq dərəcədə cəsur adam tapılarsa, bu, bəşər tarixinin ən sensasion olayı olar. Belə bir vəziyyətin yaranması Rusiyanın azsaylı yaxın tərəfdaşlarına da lazım deyil.
Üçüncüsü, Rusiyanın bu çılğınlığı heç şübhəsiz ki, Ukraynaya hərbi dəstəyin miqyasını birə on, birə yüz artıracaq. Ukraynaya hər cür modern silah sistemləri veriləcək, bütün Qərb hərbi sənayesi Ukraynaya işləyəcək.
Nəhayət, dördüncüsü və ən önəmlisi: heç kim Rusiyanın rahatlıqla nüvə silahı tətbiq etməsinə tamaşa etməyəcək. Putinin zərrə qədər də qanuni əsas olmadan nüvə silahından istifadəsi ABŞ və NATO tərəfindən cavabsız qala bilməz. Bu, o demək olar ki, onlar yeni dünya düzəninin şərtlərini Putinin diktə etməsini qəbul etmiş olurlar : özü də nə vaxt – Putin rejiminin ən zəifləmiş və çöküş mərhələsinə girmiş anında. Qərbin cavabı əks nüvə zərbəsi olmaya da bilər. Məsələn, NATO heç quru qoşunları göndərmədən Ukrayna ərazisindəki rus ordusunu raket-aviasiya zərbələri ilə qısa müddətdə məhv etmək gücündədir.
Yəni Rusiyanın nüvə zərbəsi NATO-nu müharibəyə cəlb edəcək. Lakin elə buradaca sual meydana çıxır: bəlkə elə Putinin məqsədi də budur? Ukraynaya məğlub olmağın dözülməz rüsvayçılığı əvəzinə NATO-ya məğlub olmaq daha məqbul variant olardı. Ukraynaya məğlub olmaq Putin rejimi üçün qaçılmaz çöküş vəd edirsə, NATO kimi qüdrətli düşmənə məğlub olmaq qismən də olsa sifətini qoruyaraq bir müddət içə qapanıb, yaraları sarımağa şərait yarada bilər.
Nüvə silahına əl atmadan digər çıxış yolu isə səfərbərlik elan etmək ola bilər. Lakin bu, vaxt aparan, böyük xərc tələb edən və bir az da riskli variantdır.
Səfərbərlik elanı cəmiyyətdə ciddi sosial kataklizmlərlə müşayiət oluna bilər. Rəy sorğularına əsasən Rusiyada müharibə tərəfdarları 50 yaşdan yuxarı əhali təbəqələridir, gənclər arasında bu savaş populyar deyil. Səfərbər olunanlardan ibarət yeni hərbi birləşmələr yaratmaq, onları bütün zəruri silah, hərbi texnika və digər ləvazimatlarla təchiz etmək üçün vaxt lazımdır, cəbhədəki vəziyyət isə təcili müdaxilə tələb edir. Bu da mümkündür ki, səfərbərliyə cəlb olunan hərbi vəzifəlilər dərhal cəbhədəki hərbi hissələr üzrə bölüşdürülsünlər və boşluqları doldursunlar. Bunun nə dərəcədə effekt verəcəyi də sual doğuran məsələdir.
Bununla yanaşı, aydındır ki, səfərbərlik müharibəni uzadacaq, bunun da öz növbəsində Rusya üçün müsbət və mənfi nəticələri ola bilər. Müsbət tərəfi odur ki, uzanan savaş hansısa məqamda masaya oturub, müəyyən nəticələrlə sülh bağlamaq şansı yaradır. Mənfi tərəfi isə budur ki, sanksiyalar şəraitində bu cür çətin müharibə aparmaq Rusiyanın resurslarının tükənməsinə səbəb ola bilər.
İstənilən halda, Rusiya bu müharibənin məğlub tərəfidir”.

Şayəstə

Previous Post

“İstənilən halda, Rusiya müharibənin məğlub tərəfidir”

Next Post

NATO-dan Rusiyanın referendumlarına reaksiya…

Bənzər yazılar

Baş nazir Əli Əsədov Gürcüstanın Baş prokuroru ilə görüşüb

Baş nazir Əli Əsədov Gürcüstanın Baş prokuroru ilə görüşüb

30 İyul 2026 - 16:39

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyulun 30-da Gürcüstanın Baş prokuroru Giorgi Qvarakidze ilə görüşüb. Elchi.az xəbər verir ki, bu...

İlham Əliyev Qırğızıstanda səfərdədir

İlham Əliyev Qırğızıstanda səfərdədir

30 İyul 2026 - 16:35

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 30-da Qırğız Respublikasına dövlət səfərinə gəlib. Elchi.az xəbər verir ki, Çolpon-Ata şəhərinin İssık-Kul Beynəlxalq Hava...

Prezident İlham Əliyev Mərakeş Kralını təbrik edib

Prezident İlham Əliyev Mərakeş Kralını təbrik edib

30 İyul 2026 - 11:05

Prezident İlham Əliyev Mərakeşin Kralı VI Məhəmmədə təbrik məktubu ünvanlayıb. Elchi.az xəbər verir ki, təbrik məktubunda deyilir: "Əlahəzrət, Əziz Qardaşım,...

Gürcüstanın Baş prokuroru Azərbaycanda işgüzar səfərdədir – FOTO

Gürcüstanın Baş prokuroru Azərbaycanda işgüzar səfərdədir – FOTO

29 İyul 2026 - 18:14

İyulun 29-da Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin dəvəti ilə Gürcüstanın Baş prokuroru Giorgi Qvarakidzenin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə...

Next Post
Stoltenberq: “Finlandiyanın NATO-ya üzvlüyü hamar və sürətli olacaq”

NATO-dan Rusiyanın referendumlarına reaksiya…

Ərdoğan Quterreşlə görüşdü

Ərdoğan Quterreşlə görüşdü

Son xəbərlər

Yaponiya təlimlərdə ilk dəfə “Tomahawk” raketlərini sınaqdan keçirib

Yaponiya təlimlərdə ilk dəfə “Tomahawk” raketlərini sınaqdan keçirib

30 İyul 2026 - 16:58
Azərbaycanlı dənizçilərin olduğu gəmi dron hücumuna məruz qalıb

Azərbaycanlı dənizçilərin olduğu gəmi dron hücumuna məruz qalıb

30 İyul 2026 - 16:46
Baş nazir Əli Əsədov Gürcüstanın Baş prokuroru ilə görüşüb

Baş nazir Əli Əsədov Gürcüstanın Baş prokuroru ilə görüşüb

30 İyul 2026 - 16:39
İlham Əliyev Qırğızıstanda səfərdədir

İlham Əliyev Qırğızıstanda səfərdədir

30 İyul 2026 - 16:35
Dövlət qurumlarının xarici borcları açıqlandı

Dövlət qurumlarının xarici borcları açıqlandı

30 İyul 2026 - 16:23
İranın “Tramp marşrutu” ilə bağlı iddiasına Paşinyandan cavab

İranın “Tramp marşrutu” ilə bağlı iddiasına Paşinyandan cavab

30 İyul 2026 - 16:11
Ukrayna Avropa Komissiyasından milyardlarla avro dəyərində tranş alıb

Ukrayna Avropa Komissiyasından milyardlarla avro dəyərində tranş alıb

30 İyul 2026 - 16:00
Azərbaycanlılar sərhəddə buna məcbur edilir

Azərbaycanlılar sərhəddə buna məcbur edilir

30 İyul 2026 - 15:46
Dənizdə batan yeniyetmənin meyiti tapıldı

Dənizdə batan yeniyetmənin meyiti tapıldı

30 İyul 2026 - 15:30
Abşeron və Qaradağda 57 kq narkotik dövriyyədən çıxarılıb – VİDEO

Abşeron və Qaradağda 57 kq narkotik dövriyyədən çıxarılıb – VİDEO

30 İyul 2026 - 15:16
Paşinyan: “Ermənistan iki sahədə Rusiyaya alternativlər axtarır”

Paşinyan: “Ermənistan iki sahədə Rusiyaya alternativlər axtarır”

30 İyul 2026 - 15:00
Yaşı 60-dan çox olanların nəzərinə

Yaşı 60-dan çox olanların nəzərinə

30 İyul 2026 - 14:45
Avqustda orta aylıq temperatur bəzi yerlərdə normadan yuxarı olacaq

Avqustda orta aylıq temperatur bəzi yerlərdə normadan yuxarı olacaq

30 İyul 2026 - 14:30
FHN Xəzərdə ən təhlükəli əraziləri açıqladı

FHN Xəzərdə ən təhlükəli əraziləri açıqladı

30 İyul 2026 - 14:14
“BMT-nin potensialı həddindən artıq aşağı düşüb” – Baklanov

“BMT-nin potensialı həddindən artıq aşağı düşüb” – Baklanov

30 İyul 2026 - 14:00
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« İyn    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.