İstiqlal terroru yazışmalarında yeni təfərrüatlar ortaya çıxıb

41

Noyabrın 13-də İstiqlal küçəsində törədilən terror aktının istintaqında yeni təfərrüatlar üzə çıxıb. Terrorçu Əlbəşirin yazışmalarında bombalı hücumun noyabrın 12-də baş verəcəyi, planın son anda dəyişdirildiyi müəyyən edilib.
Elchi.az xəbər verir ki, İstanbul Respublika Baş Prokurorluğunun apardığı araşdırmada İstiqlal küçəsindəki hücumla bağlı yeni təfərrüatlar ortaya çıxmağa başlayıb.
Terrorçu Albəşir və qaçaq şübhəli Bilal H.-nin birlikdə qaldığı Esenlerdəki tekstil sexini idarə edən Ferhat H. və Fatma B.-nin də terror təşkilatı ilə əlaqəsi olduğu ortaya çıxıb. Ferhat H.-nin sosial media hesabından terror təbliğatı apardığı və təşkilatın göstərişi ilə Əhlam Albəşir və Bilal H.-ni evində qonaq etdiyi öyrənilib.

Şayəstə