Taylandda 20 yaşlı fil baxıcısını öldürüb.
Elchi.az türk mediasına istinadən bildirir ki, polis əməkdaşları heyvan tərəfindən dəfələrlə dişlənmiş 32 yaşlı Supachi Vonqfaden adlı kişinin ikiyə bölündüyünü söyləyiblər.
Hadisə yerinə çağırılan heyvandarlıq işçiləri xilasedicilərlə birgə kişinin cəsədini çıxara bilmək üçün 500 metr məsafədən oxla fili vurublar. Polis əməkdaşları hesab edirlər ki, fil Taylandın cənubundakı Phang Nqa əyalətindəki tarlada isti havada ağac daşıdığı üçün sahibinə qəzəblənib.
Fillər zərif təbiətləri ilə tanınırlar, lakin özlərini təcavüzə məruz qaldıqda, müdafiəsiz və ya təhlükə altında hiss etdikdə aqressivləşə bilərlər.
Şayəstə