İstanbulda su ilə əlaqədar kretik vəziyyət yaranıb

95

İstanbul hakimyəti bağların suvarılması məqsədilə şəhərə verilən suyu müvəqqəti olaraq kəsib. Elchi.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Şəhərdə su ehtiyatları ilə bağlı kritik vəziyyətlə əlaqədar hakimiyyət orqanları 15 min müştəriyə suvarma üçün suyun verilməsini müvəqqəti dayandırıb. Bu barədə İstanbul Su və Kanalizasiya İdarəsi məlumat yayıb.
Hazırda su anbarlarının dolma səviyyəsi orta hesabla 29 faiz təşkil edir. Eyni zamanda, ən az su Pabuçderdəki su anbarında qalıb. Normal su ehtiyatı 868,7 milyon kubmetr səviyyəsində olduğu halda, 258 milyon kubmetrə qədər azalıb.

Havar Şəfiyeva