Elchi.az Türkiyə mətbuatına istinadən xəbər verir ki,İstanbulda, Bahçelievlerdə AK Partiyanın seçki əlaqə bürosunun qarşısında motosikletdə olan iki nəfər tərəfindən havaya atəş açılıb.
İstanbulun Bahçelievler rayonunda AK Partiyanın seçki əlaqə bürosunun qarşısından keçən motosikletdə olan iki nəfərdən biri havaya atəş açıb.
İstanbul Valiliyi Bahçelievler Kocasinan rayonunda AK Partiya Seçki Əlaqələndirmə Bürosunun yerləşdiyi binanın qarşısında açılan atəşlə bağlı açıqlama verib.
Dünən axşam saat 22.20 radələrində Seçki Əlaqə Bürosu qarşısında havaya silahla atəş açıldığı xəbərindən sonra təhlükəsizlik qüvvələrinin hadisə yerinə sövq edildiyi qeyd edilən açıqlamada aşağıdakı ifadələrdən istifadə edilib:
“Aparılan araşdırmalarda, motosikletdə olan iki şəxsdən birinin seçki əlaqə bürosunun qarşısından keçərkən havaya 5 atəş açdığı, binanın yuxarı mərtəbələrinə isə 4 güllənin dəydiyi müəyyən edilib. Hadisə yerindən 5 mərmi əldə edilib və şübhəlilərin tutulması üçün işlərə başlanılıb”.
Nuranə Məmmədova