Ukraynadan hərəkət edən 143 metr uzunluğunda gəmi duman səbəbindən İstanbul boğazında saya oturub.
Elchi.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
“İstanbul boğazında Ukraynadan hərəkət edən yük gəmisi gəmi Sarıyer yaxınlığında saya oturub. Boğazda hərəkət dayandırılıb, xilasetmə işləri davam edir”, – məlumatda qeyd olunub.
***
İstanbul boğazında saya oturan “MKK-1” adlı quru yük gəmisi xilasetmə işləri nəticəsində saydan çəkilib.
Bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Bildirilib ki, artıq boğazda gəmilərin ikitərəfli hərəkəti bərpa olunub.