"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

İşsizliyin acı statistikası – ekspertlər gerçək durumdan danışır

19 Oktyabr 2016 - 10:39
in XƏBƏR LENTİ
FacebookVatsap
 İşsizliyin acı statistikası - ekspertlər gerçək durumdan danışır

Fikrət Yusifov: “İşsizlik daha çox bank və tikinti sektorunda mövcuddur”; Əhməd Qəşəmoğlıu: “Ümumiyyətlə, əvvəldən Azərbaycan cəmiyyəti belə olub ki…”

Bunu da oxuyun

BMT nümayəndəsi: İtkinlərlə bağlı davamlı səylərin göstərilməsi vacibdir

Azərbaycandan Almaniyaya etiraz

Ronaldu Portuqaliya millisində karyerasını başa vurmayacağını açıqlayıb

Azərbaycanda rəsmən 33 min işsiz var. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Onların 37,9 faizini qadınlar təşkil edir. Təbii ki,  bu rəqəm inandırıcı görünmür. Ekspertlərə görə, xüsusən də manatın ikinci devalvasiyasından sonra ölkədə “işsizlər ordusu” yaranmağa başlayıb. Bir-birinin adınca bankların bağlanması və ya müflis olması isə bu prosesi daha da sürətləndirib. 
 
İddialara görə, fəaliyyətdə olan banklar da maliyyə problemləri üzündən kredit mütəxəssislərindən imtina edib ki, bunun da nəticəsində onların 70-80 faizi hazırda işsiz qalıb. Valyutadəyişmə məntəqələrinin bağlanması ilə isə 6000-dən çox insanın işsiz qaldığı təxmin edilir. 
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bugünlərdə verdiyi açıqlamada bildirmişdi ki, bank-maliyyə sektorunda baş verən dəyişikliklərlə əlaqədar 2700 nəfər yerli məşğulluq mərkəzlərinə müraciət edib. 
Tikinti sahəsində də kifayət qədər insan işsiz qalıb. Manatın dəyərinin düşməsi ilə tikinti materiallarının qiyməti bahalaşıb və ardınca əksər inşaat işləri dayandırılıb. Nəticədə kütləvi şəkildə fəhlə və mühəndislər, o cümlədə bu sektorda çalışan digər mütəxəssislər işini itirib.
Digər əsaslardan biri isə son iki ildə çoxsaylı əcnəbi şirkətlərin ölkəmizi tərk etməsi ilə bağlıdır. Statistik məlumata görə, təkcə ötən il 71 xarici şirkət və nümayəndəliyi fəaliyyətini dayandırıb. Bu il isə yarım il ərzində 45 xarici müəssisə ləğv edilib. Nəzərə alsaq ki, həmin müəssisə və ya təşkilatlarda çalışanların əksəriyyəti yerli vətəndaşlar olub, o zaman yüzlərlə azərbaycanlının işsiz qaldığını hesablamaq çətin deyil.
Ekspertlər bildirir ki, regionlarda vəziyyət daha gərgindir. O cümlədən Gəncə, Mingəçevir, Sumqayıt kimi böyük şəhərlərdə işsizlərin sayı xeyli artıb. Bütün bunları nəzərə alaraq ölkədə cəmi 33 min nəfərin işsiz olması reallıqdan kənardır. Bəs işsizliyin statistikası niyə gizlədilir?
Sabiq maliyyə naziri, iqtisadçı ekspert Fikrət Yusifov məsələyə bu cür aydınlıq gətirdi: “Statistikanın hesabatının müəyyən bir xüsusiyyəti var. Bu, ondan ibarətdir ki, işsiz insanlar gərək müəyyən aidiyyəti qaydada uçota dayansınlar. Məhz onlar uçota dayanandan sonra işsizlik qeydə alınır. Bank sektorunda aparılan islahatlarla əlaqədar bir neçə bank və filiallarının bağlanılması nəticəsində ölkədə bu sektordakı işsizlərin sayı artıb. Bəs bu işsizlərin taleyi necə olacaq? Əvvəla, dövlət onlara işsizliyə görə müavinət verir. Bankların bağlanılması ilə əlaqədar Sosial Müdafiə Nazirliyinin xətti ilə  müvafiq qaydada müavinət ala bilərlər, ta ki, yeni iş tapana qədər. İkinci bir qrup insanlar isə yəqin ki, yeni iş yeri axtarmaq məcburiyyətində qalacaqlar. Bir qrup isə öz peşəsini dəyişməklə başqa sahədə fəaliyyətə keçəcək. Bütövlükdə bununla bağlı statistikanın verdiyi məlumat işsizlərin uçota dayanmasına əsaslanan rəqəmlərdir. Ola bilsin ki, işsizlərin sayı həmin rəqəmdən çox artıqdır. Lakin işsizlər gərək uçota dayansın ki, statistika onları da qeydə alsın”.
 
Ekspertin fikrincə, Azərbaycanda bu sahədə təbliğat işləri zəifdir: “Yəni insanlar sona qədər öz hüquqlarını bilmirlər. Əgər şəxs özündən asılı olmayan səbəblərdən, tutaq ki, müəssisənin bağlanılması ucbatından işsiz qalıbsa, o, uçota dayanıb dövlətdən müavinət ala bilər. Bu baxımdan, insanlar arasında maarifləndirməyə ehtiyac var. Məsələ daha çox buradan qaynaqlanır”.
İqtisadçı ekspert həmçinin qeyd etdi ki, işsizlik daha çox bank və tikinti sektorunda mövcuddur. Buna səbəb isə bank sektorunda baş verənlər və iqtisadi  böhranla bağlı müəyyən layihələrin dayandırılmasıdır.
Bəs işsiz qadınların sayı niyə çoxdur? Dövlət Statistika Komitəsinin yaydığı məlumatdan aydın olur ki, işsizlərin 37 faizini qadınlar təşkil edir. Ekspertlər isə iddia edirlər ki, ölkədə işsizlərin əksəriyyəti elə qadınlardır. Yəni reallıqda işsiz qadınların sayı daha çoxdur. Səbəb nədir?
Araşdırmalardan məlum olur ki, Azərbaycanda qadınların çoxu pedaqoji, tibbi sahədə çalışmağa üstünlük verir. Lakin həmin sahələrdə də iş tapmaq o qədər asan deyil. Özəl müəssisələrdə isə rəhbər şəxslər analıq məzuniyyəti, uşağa baxmaq üçün tibbi bülleten götürən qadına deyil, əks cinsin nümayəndələrinə üstünlük verir.
Sosioloq Əhməd Qəşəmoğlu mövzuya bu cür şərh verdi: “Ümumiyyətlə, əvvəldən Azərbaycan cəmiyyəti belə olub ki, kişilər işləyib, qadınlar daha çox evdə fəaliyyət göstəriblər. Uzun müddət isə kişilər qadınların işləməsinə qarşı çıxıb. Yəni ənənəvi olaraq qadınlar aktiv fəaliyyətdə olmayıb. İndiki vaxtda isə əvvəla, iş yerlərinin sayı çox deyil. İş yerləri olanda isə daha çox ağır işlər çox olur, hansı ki, qadınların həmin işlərdə çalışmasına ailədə çox zaman razılıq vermirlər. Qadınlarımızın özləri də meyllidirlər ki, daha çox ev işlərində çalışsınlar. Onların iş axtarmaq fəallığı kişilər qədər deyil. Bunun nəticəsində yekun olaraq, işsiz qadınların sayı daha çox olur”.
Previous Post

İşsizliyin acı statistikası – ekspertlər gerçək durumdan danışır

Next Post

Hüseyn Arif, arvadı özümə almışam… – Xatirə

Bənzər yazılar

BMT nümayəndəsi: İtkinlərlə bağlı davamlı səylərin göstərilməsi vacibdir

BMT nümayəndəsi: İtkinlərlə bağlı davamlı səylərin göstərilməsi vacibdir

07 Oktyabr 2026 - 15:16

İtkin şəxslər məsələsi humanitar xarakter daşımalı və siyasiləşdirilməməlidir. Elchi.az xəbər verir ki, bunu İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində...

Azərbaycandan Almaniyaya etiraz

Azərbaycandan Almaniyaya etiraz

07 Oktyabr 2026 - 15:08

Azərbaycan Almaniyanın “Der Şpigel” nəşrinin Almaniyanın Federal Kəşfiyyat Xidmətinin (BND) keçmiş rəhbəri Avqust Hanninqlə bağlı aparılan istintaq çərçivəsində Azərbaycanın adını...

Ronaldu Portuqaliya millisində karyerasını başa vurmayacağını açıqlayıb

Ronaldu Portuqaliya millisində karyerasını başa vurmayacağını açıqlayıb

06 Oktyabr 2026 - 23:41

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun hücumçusu və kapitanı, beşqat "Qızıl top" sahibi Kriştianu Ronaldu Portuqaliya millisinin düşərgəsini qəfildən tərk etdiyinə görə...

Pentaqon Ukrayna üçün “Patriot” avadanlıqları almağı planlaşdırır

Pentaqon Ukrayna üçün “Patriot” avadanlıqları almağı planlaşdırır

06 Oktyabr 2026 - 23:38

Pentaqon Ukrayna üçün "Patriot" zenit-raket komplesinə texniki xidmət göstərilməsi və avadanlıqların tədarükü ilə bağlı "Raytheon" müdafiə korporasiyası ilə müqavilə bağlamaq...

Next Post

Hüseyn Arif, arvadı özümə almışam... - Xatirə

Hüseyn Arif, arvadı özümə almışam... - Xatirə

Son xəbərlər

“Qara dənizdə mülki gəmilərə hücumlar qəbuledilməzdir” – Leyen

“Qara dənizdə mülki gəmilərə hücumlar qəbuledilməzdir” – Leyen

07 Oktyabr 2026 - 15:30
BMT nümayəndəsi: İtkinlərlə bağlı davamlı səylərin göstərilməsi vacibdir

BMT nümayəndəsi: İtkinlərlə bağlı davamlı səylərin göstərilməsi vacibdir

07 Oktyabr 2026 - 15:16
Azərbaycandan Almaniyaya etiraz

Azərbaycandan Almaniyaya etiraz

07 Oktyabr 2026 - 15:08
Polşa müharibəyə hazırlaşmağa başladı

Polşa müharibəyə hazırlaşmağa başladı

07 Oktyabr 2026 - 15:00
Serbiya XİN: Azərbaycanla münasibətlər yüksək səviyyədədir

Serbiya XİN: Azərbaycanla münasibətlər yüksək səviyyədədir

07 Oktyabr 2026 - 14:52
Kimya üzrə Nobel mükafatı laureatları məlum olub

Kimya üzrə Nobel mükafatı laureatları məlum olub

07 Oktyabr 2026 - 14:43
Prokurorluğa qəbul imtahanı keçiriləcək

Prokurorluğa qəbul imtahanı keçiriləcək

07 Oktyabr 2026 - 14:30
Strateji indikatorlar – MÖVQE

Strateji indikatorlar – MÖVQE

07 Oktyabr 2026 - 14:20
Artezian quyularının elektrik xərci azalacaq

Artezian quyularının elektrik xərci azalacaq

07 Oktyabr 2026 - 14:14
Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib – VİDEO

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib – VİDEO

07 Oktyabr 2026 - 14:07
Aİ Rusiyaya qarşı yeni sanksiyalarla bağlı razılığa gəlib

Aİ Rusiyaya qarşı yeni sanksiyalarla bağlı razılığa gəlib

07 Oktyabr 2026 - 14:00
Müəllimlər yalnız bu paltarları geyinə bilərlər: kişilər və qadınlar – SİYAHI

Müəllimlər yalnız bu paltarları geyinə bilərlər: kişilər və qadınlar – SİYAHI

07 Oktyabr 2026 - 13:51
Ronaldo milli ilə bağlı qərarını verdi

Ronaldo milli ilə bağlı qərarını verdi

07 Oktyabr 2026 - 13:42
FHN-dən əhaliyə müraciət – Video

FHN-dən əhaliyə müraciət – Video

07 Oktyabr 2026 - 13:30
Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişdirilib

Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişdirilib

07 Oktyabr 2026 - 13:16
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.