İsrail Milli Təhlükəsizlik Naziri İtamar Ben-Qvirin öz siyasətlərini həyata keçirmədiyi səbəbiylə Həbsxanalar İdarəsi sədrinin səlahiyyət müddətini uzatmayacağını açıqlaması hökumətdə böhrana səbəb oldu.
Elchi.az “The Times of Israel” qəzetinə istinadən xəbər verir ki,, Milli Təhlükəsizlik Naziri Ben-Qvir məktubda Keti Perrinin öz siyasətlərini həyata keçirmədiyi üçün onun səlahiyyət müddətini uzatmayacağını bildirib.
Məktubunda Ben Qvir Perrinin “uğursuzluqları” haqqında ətraflı məlumat verdi və Həbsxanalar İdarəsinin rəisini öz siyasətini həyata keçirməkdən imtina etməkdə günahlandırdı.
Şayəstə Hüseynova