İsrail Müdafiə Qüvvələrinin Qəzza zolağında qaçqın düşərgəsinə endirdiyi zərbələr nəticəsində azı 20 nəfər həlak olub.
Elchi.az xəbər verir ki, bu barədə “Al Jazeera” məlumat yayıb.
“Al Jazeera” telekanalının verdiyi məlumata görə , İsrail hərbçiləri əhalinin sıx məskunlaşdığı ərazidə yaşayış binalarından birinə zərbələr endiriblər. Ölənlərlə yanaşı, yaralılar da var, çoxlu sakinlər dağılmış evin dağıntıları altında qalıb.
Nuranə Məmmədova