İsrail Birləşmiş Millətlər Təşkilatının atəşkəs qərarına baxmayaraq Qəzzaya hücumlarını davam etdirir.
Elchi.az xəbər verir ki, oktyabrın 7-dən Qəzza zolağında öldürülən fələstinlilərin sayı 33 mini keçib.
Rəfah şəhərində xəstəxanada müalicə ala bilməyən böyrək xəstələri şadlıq sarayına köçürülüb. Digər tərəfdən İsrail beynəlxalq yardım təşkilatı işçilərinin öldürülməsinə görə məsuliyyəti öz üzərinə götürüb. O, 2 yüksək rütbəli zabiti vəzifəsindən azad edib.
İsrail Qəzza zolağına ölüm yağdırmaqda davam edir.
Martın 25-də Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası Ramazan ayı ərzində atəşkəs rejiminin yaradılması barədə qərar qəbul edib.
Lakin İsrail qərara əməl etməyib və hücumlarını davam etdirib.
2023-cü il oktyabrın 7-dən etibarən Qəzzada İsrail ordusu tərəfindən öldürülən fələstinlilərin sayı 33 mini keçib. 75 mindən çox insan yaralanıb.
Nuranə Məmmədova