İsrail ordusunun Qüdsün qərbində açdığı atəş nəticəsində 2 fələstinli şəhid olub, 3 nəfər yaralanıb.
Elchi.az xəbər verir ki, Fələstin Qızıl Aypara Cəmiyyətindən verilən yazılı açıqlamada, İsrail ordusunun Qüdsün qərbindəki “Əl- Seb” məntəqəsini atəşə tutması nəticəsində 2 fələstinlinin öldüyü, 3 nəfərin isə yaralandığı bildirilib.
Fələstin Səhiyyə Nazirliyindən verilən yazılı açıqlamada, “Əl-Seb” qəsəbəsi yaxınlığında əsl İsrail ordusunun gülləsindən ürəyindən vurulan Zayed Warid Shukri Khalifanın cənazəsinin Ramallahdakı Fələstin Tibb Kompleksinə aparıldığı bildirilib.
2023-cü il oktyabrın 7-dən etibarən işğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə İsrail qüvvələrinin və qeyri-qanuni yəhudi məskunlaşanların hücumları nəticəsində həlak olan fələstinlilərin sayı 430-a yüksələrkən, təxminən 4700 nəfər yaralanıb.
Nuranə Məmmədova