Eyni zamanda Netanyahu hamını qardaş adlandırıb.
Elchi.az xəbər verir ki, İsrailin baş naziri Benyamin Netanyahu 630 mini küçələrə çıxan etirazçı vətəndaşlara müraciət edərək, onları zorakılıq etməməyə çağırıb. Bu barədə İsrail hökumətinin başçısı sosial şəbəkələrdə yazıb.
Netanyahu yazır ki, İsrailin bütün sakinləri sağ və ya sol olmasından asılı olmayaraq bir-biri ilə qardaşdır. O, zorakılıqdan əl çəkməyi və məsuliyyət nümayiş etdirməyi xahiş edib.
Xatırladaq ki, martın 27-də etirazçılar İsrailin digər şəhərləri kimi Qüdsün də küçələrinə çıxıblar. İnsanlar Netanyahunun apardığı siyasətə görə istefasını tələb edir və ölkədə aparılan məhkəmə islahatları bardağında son damla oldu. Məsələn, bu dəyişikliklərə qarşı çıxan müdafiə naziri Yoav Qalantı baş nazir vəzifəsindən azad edib.
Şayəstə