“Mobileye” şirkətinin (MBLY.O, pilotsuz avtomobillərin texnologiyası ilə məşğul olan) rəhbəri, İsrailin aparıcı iş adamlarından biri Amnon Şaşua İsrailin baş naziri Benyamin Netanyahunu dərhal dayanmağa çağırıb.
Elchi.az bu barədə Reuters.com-a istinadən xəbər verir.
Şaşua bildirib ki, Netanyahu hökuməti HƏMAS yaraqlılarının Qəzza zolağından sərhədi keçərək mülki şəxslərə hücumundan sonra uğursuzluq və cəhalətdə günahkardır.
“Biz itkilərimizi azaltmalı və bunu tez etməliyik. Mövcud vəziyyətin həlli İsraildə hökuməti dəyişməkdir və bu, dərhal baş verməlidir”,-deyə o, “Kalkalist” qəzetindəki məqaləsində yazır.
Netanyahu bazar günü xüsusi xidmət orqanlarının rəhbərliyini HƏMAS-ın hücum planlaşdırdığı barədə xəbərdar etməməkdə günahlandıraraq qəzəbləndirdi, lakin sonradan öz şərhlərini geri götürdü və üzr istədi.
Şaşuanın fikrincə, ölkənin rifahından daha çox hakimiyyəti saxlamağı düşünən hökumət yeni seçkilər təyin edilmədən də dəyişdirilə bilər ki, bu da siyasi təlatümlərə və mövcud vəziyyət çərçivəsində yeni koalisiyanın yaranmasına gətirib çıxaracaq.
Yeganə