2024-cü il Paris Olimpiadasına ev sahibliyi edəcək Fransada “Olimpiya səfiri” seçilən keçmiş fransız basketbolçu Emilie Qomis İsraili tənqid edən yazısına görə bu vəzifədən uzaqlaşdırılıb.
Elchi.az “France Info”-ya istinadən xəbər verir ki, Paris Olimpiya Komitəsi Qomisin oktyabrın 9-da İsrailin işğalçı siyasətini tənqid etdiyi sosial media paylaşımına görə “qərəzsizlik öhdəliyinə zidd” hərəkət etdiyinə qərar verib.
Komitə Qomisin bu vəzifəyə görə qərəzsiz olaraq “Olimpiya səfiri” vəzifəsini yerinə yetirə bilməyəcəyini iddia edib.
Qomis tutduğu vəzifəyə görə yanvarın 5-də 2024-cü il Olimpiya Oyunlarının Atletlər Komissiyasından xaric edilib.
– Qomisin İsraili tənqid edən yazısı
Bir zamanlar Fənərbaxça formasını geyinən Qomis İnstaqram hesabında 9 oktyabr 2023-cü ildə İsrailin işğalçılıq siyasətini tənqid edən paylaşım edib.
Yazıda 3 fərqli tarixə aid Fransa ərazisinin xəritəsi var idi: 1947, 1967 və 2023.
Bu xəritələrdə zamanla İsrail bayrağının Fransa bayrağını əvəz etdiyi görülüb.
Şayəstə Hüseynova