İsrail qüvvələri Qüds xəstəxanası yaxınlığında yeni hava zərbələri endirib.
Elchi.az xəbər verir ki, İsrail qüvvələrinin Qüds xəstəxanası yaxınlığında yeni hava hücumları təşkil etdiyi açıqlanıb.
Tibb müəssisəsi Qəzza şəhərinin qərbindəki Tel Əl-Hava rayonunda yerləşir və dəfələrlə İsrailin birbaşa hava zərbələri ilə hədələnib.
Ümumdünya Səhiyyə Təşkilatı xəbərdarlıq edib ki, hazırda 14 min fələstinli məcburi köçkün, eləcə də yaralı və xəstə xəstələrin yaşadığı müəssisəyə hücum beynəlxalq hüquqa görə qeyri-qanuni olacaq və müharibə cinayəti sayıla bilər.
Şayəstə Hüseynova